ANA SƏHİFƏ / SİYASƏT

"TANAP Çexiya üçün önəmlidir" - Nazir

3551    |   2017-01-17 19:25
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün Bakıda, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) baş ofisində Çexiyanın sənaye və ticarət naziri Yan Mladekin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.

Adalet.az şirkətə istinadən xəbər verir ki, SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov Azərbaycanın qədim neft diyarı olduğunu bildirib, dünyada sənaye üsulu ilə hasilata, neftin tankerlərlə, dəmir yolu, boru kəmərləri ilə nəql edilməsinə, emalına, sahildə, açıq dənizdə, Xəzərin dərinsulu hissələrində neft yataqlarının kəşfiyyatına və istismarına ilk dəfə Azərbaycanda başlanıldığını bqeyd edib. Qonaqlara son illər ölkədə həyata keçirilən qlobal və regional əhəmiyyətli neft-qaz layihələri haqqında ətraflı məlumat verilib, həmin layihələr çərçivəsində əldə olunan nailiyyətlərdən söz açılıb.

Avropanın enerji təhlükəsizliyinə Azərbaycanın təbii qaz ixracatçısı olaraq verəcəyi töhfələrdən danışan Y.Lətifov qeyd edib ki, "Şahdəniz” yatağının işlənilməsi Azərbaycanın dünyada təkcə neft ixracatçısı kimi deyil, həmçinin təbii qaz istehsalçısı kimi tanınmasını təmin edib. Azərbaycan qazını Avropa ölkələrinə nəql edəcək TANAP və TAP layihələrinin beynəlxalq dəstək qazandığı vurğulanıb.

Çexiyanın sənaye və ticarət naziri Y.Mladek rəsmi Praqanın Azərbaycanla enerji sahəsində əməkdaşlıqda maraqlı olduğunu bildirib. Azərbaycanı Çexiyanın strateji neft tədarükçüsü adlandıran nazir qeyd edib ki, bu gün Azərbaycandan neft idxalı Çexiyanın enerji ehtiyaclarının 1/3 hissəsini təmin edir. Ölkəsinin Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində maraqlı olduğunu vurğulayan Mladek Azərbaycanın hazırda inşa etdiyi qaz boru kəmərlərinə diqqətlə yanaşdıqlarını söyləyib, qaz təchizatının Çexiya üçün önəmli məsələ olduğunu nəzərə çatdırıb.

Görüşdə Bakıda keçirilən Azərbaycan-Çexiya biznes forumunun iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına xidmət etdiyi vurğulanıb, iqtisadi sahədə əməkdaşlığın perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Nazir forumda ölkəsinin neft-kimya sənayesini təmsil edən nümayəndələrin iştirak etdiyini bildirib.
Tərəfləri maraqlandıran digər məsələlər də diqqət mərkəzində olub.




İmza:
SON XƏBƏRLƏR
2017-03-23
2017-03-22


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Qışdan üzüağ çıxa bildinizmi?

Hə (50%)
Yox (50%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Ana həbsxanada yatan oğluna məktub yazır: "Ay oğul, sən tutulandan sonra bostanı qazan yoxdu, heç kartof da əkə bilmirəm".
Oğlu cavab yazır: "Ana, nəbadə həyətdəki bostanı qazasan, özünü də zibilə salarsan, məni də".
Bir neçə gündən sonra ana oğluna yazır: "Sənin məktubunu alandan sonra 10-15 nəfər polis gəlib həyəti qazıb sonra da söyə-söyə getdilər".
Oğlu: "Ana, bax gördün, mən həyəti qazdırdım, indi kartofu da özün əkərsən".




digər lətifələr
ARXİV
FACEBOOK