ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

Xalq artistləri "Almaz” tamaşasında bir araya gələcəklər

9415    |   2017-01-18 22:54
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Akademik Milli Dram Teatrında Cəfər Cabbarlının "Almaz” tamaşasının premyerası keçiriləcək.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, ikihissəli dramın yeni səhnəquruluşunun müəllifi əməkdar incəsənət xadimi Əli Əmirli, elmi məsləhətçisiprofessor Nizami Cəfərovdur.

Yanvarın 21-də və 22-də premyerası olacaqsəhnə əsərinin müəllifi xalq artisti Azər Paşa Nemətov,
rejissorları Anar Sadıqov və Əlif Cahangirli, bəstəkarı xalq artisti Siyavuş Kərimidir. Tamaşada Almaz rolunda əməkdar artist Məsmə Aslanqızı çıxış edəcək. Digər rolları xalq artistləri Nurəddin Mehdixanlı (Hacı Əhməd), Rafiq Əzimov (Mirzə Səməndər), Hacı İsmayılov (Aftil), Firəngiz Mütəllimova (Kərbəlayı Fatmansa), əməkdar artistlər Sabir Məmmədov (Şərif), Kazım Abdullayev (İbad), Aslan Şirin (Barat), Əli Nur (Baloğlan), Əjdər Həmidov (Balarza), Ayşad Məmmədov (Ocaqqulu), Elşən Cəbrayılov (Fuad),
aktyorlar Rada Nəsibova (Yaxşı) və Mətləb Abdullayev (Sədr) çıxış edirlər.

Səhnə əsərini Ceyran Həsənli idarə edəcək.




İmza:
SON XƏBƏRLƏR
2018-01-20
2018-01-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (75%)
Yox (25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK