ANA SƏHİFƏ / GÜNDƏM

Səlim Müslümov iranlı həmkarı ilə görüşüb

1974    |   2017-01-17 18:44
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İranın kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub. Görüşdə İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə də iştirak edib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, nazir Səlim Müslümov Azərbaycanla İran arasında yüksək səviyyədə münasibətlərin mövcud olduğunu, hər iki ölkənin dövlət başçılarının siyasi iradəsinə uyğun olaraq bütün sahələrdə ikitərəfli əlaqələrin inkişaf etdiyini vurğulayıb: "Məlum olduğu kimi, 2017-ci il "İslam Həmrəyliyi İli” elan edilib. Bu da dünyada islam həmrəylinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımların atılmasına, o cümlədən islam ölkələri arasında əməkdaşlıq əlaqələrinin daha da güclənməsinə öz töhfəsini verəcək”.

S.Müslümov Azərbaycan prezidenti İlham Əliyevin sosial-iqtisadi siyasətinin nailiyyətlərindən bəhs edib, son illərdə dünyada təhlükəli proseslərin, kəskin böhranın mövcud olduğu şəraitdə də ölkəmizdə sabitlik və əmin-amanlığın davam etdiyini diqqətə çatdırıb: "Neftin qiymətinin 3-4 dəfə aşağı düşməsinə baxmayaraq, Azərbaycanda uğurlu iqtisadi şaxələndirmə siyasətinə əsaslanan inkişaf kursu davam etdirilir. ÜDM-in 70%-nin qeyri-neft sektoruna aid olduğu ölkədə təkcə ötən il bu sektor üzrə 5%, kənd təsərrüfatında 2,6% artıma nail olunub. Dünya İqtisadi Forumunun Qlobal Rəqabət Qabiliyyətliliyi İndeksinə görə 37-ci yerdə olan Azərbaycanda şəffaf və əlverişli biznes mühiti təkcə 2016-cı ildə ölkə iqtisadiyyatına 11 milyard 700 milyon dollar sərmayə qoyuluşuna imkan verib. Bütün bu amillər, eləcə də aqrar və inşaat sektorlarının inkişafına, sahibkarlığın davamlı dəstəklənməsinə, sənaye parklarının və zonalarının yaradılmasına yönələn proqramlar əmək resurslarının məşğulluq imkanlarının artmasını, əmək bazarında sabit vəziyyəti də şərtləndirir. Digər tərəfdən, orta aylıq əmək haqqı ildən-ilə artır və ötən il bu artım 7% təşkil edib”.

Nazir ölkəmizdə insan kapitalının inkişafı, müsbət demoqrafik proseslər, habelə əhalinin, o cümlədən iqtisadi fəal əhalinin artımına uyğun olaraq hazırlanan yeni uzunmüddətli Məşğulluq Strategiyası barədə məlumat verib: "Hazırda Azərbaycanın əmək bazarında digər ölkələrlə yanaşı İran vətəndaşları da əmək fəaliyyəti göstərir və ölkə vətəndaşları kimi, onların da əmək hüquqları dövlət tərəfindən qorunur. Eyni zamanda, gələcəkdə əmək pensiyası və digər sosial hüquqlara malik olmaları üçün onlar sosial sığorta sistemi ilə əhatə olunub və bu məqsədlə fərdi uçot sistemində qeydiyyata alınıblar. Son üç ildə həmin sistemdə qeydiyyatda olan İran vətəndaşlarının sayı təqribən 3 dəfəyə qədər artaraq 1054 nəfərə çatıb”.

Dövlət sosial müdafiə sistemi barədə də səfiri məlumatlandıran S.Müslümov sosial cəhətdən həssas qrupların dövlət təminatının ildən-ilə gücləndirildiyini bildirib: "Bu gün 1 milyon 312 min nəfərin əmək pensiyası, 506 min nəfərin müxtəlif növ müavinətlərlə, 162 min ailənin 707 min nəfər üzvünün ünvanlı sosial yardımla, 15 min nəfərin sosial xidmətlərlə təmin edildiyi ölkədə sosial təminat sistemi müvafiq əhali kateqoriyaları üçün əlçatanlığı və əhatəliliyi ilə seçilir. Dünya Bankının ekspert qrupu da araşdırmalar nəticəsində bu sistemin respublikada əhalinin yoxsul sayıla biləcək hissəsinin 90,1%-ni əhatə etdiyini və yoxsulluğun azaldılmasında mühüm rol oynadığını bildirib. Digər tərəfdən, inkluziv əmək bazarının inkişafı, aktiv məşğulluq proqramları, xüsusən özünüməşğulluq proqramı vasitəsilə aztəminatlı ailələrin gəlirlərinin artırılmasının və biznes imkanlarına yiyələnmələrinin stimullaşdırılması tədbirləri görülür”

Nazir Azərbaycanda əmək və sosial müdafiə sahələrində avtomatlaşdırılmış idarəetmə və xidmət sistemlərindən (əmək müqavilələrinin elektron qeydiyyatı, ünvanlı dövlət sosial yardımı, əlilliyin qiymətləndirilməsi və avtomatlaşdırılmış pensiya təyinatı sistemləri) bəhs edib: "Əhaliyə şəffaf və müasir şəraitdə xidmətlər göstərməyə imkan verən bu sistemlər hazırda mötəbər beynəlxalq qurumlar tərəfindən də dünyada mütərəqqi təcrübələr kimi qəbul olunur və digər ölkələrdə də təbliği dəstəklənir. Qonşu və dost ölkə olan İranla əməkdaşlıq müstəvisində digər sahələrlə yanaşı, bu sahədə də təcrübə mübadilələrinə həmişə hazırıq”.

Ə.Rəbii Azərbaycan ilə İran arasında dost münasibətlərinin mövcud olduğunu və Azərbaycanda ümumi inkişaf proseslərindən həmişə məmnun olduqlarını qeyd edib. O, iki ölkənin əmək və sosial müdafiə sahələrində də əməkdaşlıq əlaqələrinin inkişafı üçün yaxşı imkanların olduğunu vurğulayıb. Ə.Rəbii xüsusən də müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, kimsəsiz şəxslərin sosial müdafiəsinin təmin edilməsi, sosial xidmət sisteminin təkmilləşdirilməsi, aktiv əmək bazarı proqramları, reabilitasiya və s. sahələrdə təcrübə mübadilələrinin aparılmasının önəmli olduğunu bildirib.



İmza:
SON XƏBƏRLƏR
2017-01-23


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Manatı görən olubmu?

Hə (77.55%)
Yox (22.45%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ağdam Dövlət Teatrınının aktyorları gedirlər Laçında tamaşa göstərməyə. Fikirləşirlər ki, altıda tamaşanı başlayarlar, iki saat, səkkizdə çıxsalar uzağı saat onda evdədilər.

Saat altı olur, tamaşanı başlaya bilmirlər. Zalda səs-küy, ağız deyəni qulaq eşitmir, kimlərsə mübahisə edir, kimsə deyir ki, filankəs gəlməyincə tamaşanı başlamaq olmaz.

Yarım saat belə keçir. Axırda teatrın baş rejissoru Vaqif Şərifov dözməyib düşür zalda oturmuş Xanlar müəllimin yanına. Xanlar Məmmədov, yeri behişt olsun, təvazökar, nəcib bir el ağsaqqalı idi. Sonralar xalq deputatı da seçildi, rayona rəhbərlik də elədi. Həmin vaxtlar deyəsən rayon icraiyyə komitəsinin sədri idi. Vaqif Şərifov xahiş edir ki, camaatı sakitləşdirsin, tamaşanı başlasınlar, çünki geri qayıtmalıdırlar.

Xanlar müəllim çıxır səhnəyə, zaldakı səs-küyü yatırmaq istəyir. Birini danlayır, birinin üstünə əsəbləşir, axırda dözməyib deyir:

- Ə, bir sakit oturun görək bu it uşağı bura niyə gəlib dana?!

Aktyorlar deyir qəşş elədik, qayıdanda da bütün yolboyu yadımıza salıb gülürdük.

Onu da deyirlər ki, həmin gecə Xanlar başda olmaqla laçınlılar bizi buraxmadı, quzular kəsildi, süfrə açıldı, düz səhərə qədər deyib-gülüb, yeyib-içdik. Hələ səhər cibimizə pul da qoyub yola saldılar.





digər lətifələr
ARXİV
FACEBOOK