ANA SƏHİFƏ / GÜNDƏM

Əmanətçilərə nə qədər pul verilib?

3531    |   2017-01-17 18:34
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv olunan 10 bankın qorunan əmanətçilərinə ödənilən kompensasiyanın həcmini açıqlayıb.

Fonddan verilən məlumata görə, "Parabank" ASC-nin qorunan əmanətçilərinə 42 mln. 981 min manat (ümumi kompensasiya öhdəliyinin 98,2%-i), "Zaminbank" ASC-nin qorunan əmanətçilərinə 52 mln. 469 min manat (ümumi kompensasiya öhdəliyinin 72,2%-i), "Kredobank" ASC-nin qorunan əmanətçilərinə 27 mln. 770 min manat (ümumi kompensasiya öhdəliyinin 99,5%-i) və "Dekabank" ASC-nin qorunan əmanətçilərinə isə 3 mln. 86 min manat (ümumi kompensasiya öhdəliyinin 98,7%-dan çox) kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 126 mln. 306 min manatdan artıq kompensasiya verilib.

"Atrabank" ASC-nin qorunan əmanətçilərinə 14 mln. 271 min manat (ümumi kompensasiya öhdəliyinin 98,1%-dən artıq), "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə 1 mln. 974 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 94,4%-i) kompensasiya ödənişi edilib. 2 bank üzrə ümumilikdə 16 mln. 245 min manatdan artıq kompensasiya ödənilib.

"Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 mln. 148 min manat (ümumi kompensasiya öhdəliyinin 97%-i), "Gəncəbank" ASC-nin qorunan əmanətçilərinə 976 min manat (ümumi kompensasiya öhdəliyinin 94%-i), "Texnikabank" ASC-nin qorunan əmanətçilərinə isə 120 mln. 334 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,1%-i) kompensasiya ödənişi həyata keçirilib. 3 bank üzrə ümumilikdə 145 mln. 458 min manatdan artıq kompensasiya ödənilib.

"Bank Standard" QSC-nin qorunan əmanətçilərinə 434 mln. 92 min manat artıq kompensasiya ödənişi baş tutub. Belə ki, ümumi kompensasiya öhdəliyinin 98,4%-i əmanətçilərə ödənilib.

Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 722,101 mln. manatdan artıq kompensasiya ödənilib.




İmza:
SON XƏBƏRLƏR
2017-11-19
2017-11-18
00:37 DEYİLƏM
2017-11-17


VİDEO





ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ" "Çelsi"yə qalib gələcəkmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Ər və arvad evin qarşısında oturublar. Bir turist gəlir və kişidən ingiliscə yolu soruşur. Kişidən səs yox. Turist bu dəfə almanca soruşur. Kişidən yenə səs yox. Turist bu dəfə Fransızca danışmış. Yenə səs yox. İspanca, yenə səs yox. Turist əsəbiləşib gedir. Arvad ərinə deyir:
- Bir dil öyrənməyin zamanı gəldi deyəsən.
- Boş ver, nə gərək var? Adam bu qədər dil bilir, dərdini mənə başa sala bilmədi.




digər lətifələr
ARXİV
FACEBOOK