ANA SƏHİFƏ / GÜNDƏM

Cavid Qurbanov Hişan Marufunla görüşüb

3204    |   2017-01-17 18:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində İslam İnkişaf Bankının MDB ölkələri üzrə regional direktoru Hişan Marufun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. 

Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən Adalet.az-a bildirilib ki, görüşdə son dövrlər Azərbaycan dəmir yolu sektorunda həyata keçirilən islahatlar, beynəlxalq və regional layihələrin icra vəziyyəti, qarşıda duran vəzifələr haqqında məlumat verən "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, ortamüddətli perspektivdə Azərbaycanın regional logistik mərkəzinə çevrilməsinin əsas strateji hədəflərdən biri olduğunu bildirib, həmçinin təkcə regional deyil, artıq qlobal əhəmiyyətə malik "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin yenidənqurulması istiqamətində atılan addımlar barədə məlumat verib. Layihə çərçivəsində "Azərbaycan Dəmir Yolları" QSC ilə İslam İnkişaf Bankı arasında əməkdaşlıq imkanları ətraflı müzakirə edilib. İslam İnkişaf Bankının MDB ölkələri üzrə regional direktoru Hişan Maruf təmsil etdiyi təşkilatın Azərbaycanla qarşılıqlı əməkdaşlığın inkişaf etdiriməsinin əsas prioritet istiqamətlərdən biri olduğunu və bu əməkdaşlıq kontekstində "Azərbaycan Dəmir Yolları" QSC-nin həyata keçirdiyi regional layihələrdə iştirak etməkdə maraqlı olduqlarını bildirib.


İmza:
SON XƏBƏRLƏR
2017-03-27


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Qışdan üzüağ çıxa bildinizmi?

Hə (60%)
Yox (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Ana həbsxanada yatan oğluna məktub yazır: "Ay oğul, sən tutulandan sonra bostanı qazan yoxdu, heç kartof da əkə bilmirəm".
Oğlu cavab yazır: "Ana, nəbadə həyətdəki bostanı qazasan, özünü də zibilə salarsan, məni də".
Bir neçə gündən sonra ana oğluna yazır: "Sənin məktubunu alandan sonra 10-15 nəfər polis gəlib həyəti qazıb sonra da söyə-söyə getdilər".
Oğlu: "Ana, bax gördün, mən həyəti qazdırdım, indi kartofu da özün əkərsən".




digər lətifələr
ARXİV
FACEBOOK