adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
17 Yanvar 2017 18:13
11621
MƏMLƏKƏT
A- A+

Sabah Bakının mərkəzi rayonlarında qaz olmayacaq

Abşeron magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.

Adalet.az SOCAR-ın saytına istinadən xəbər verir ki, sabah saat 10:00-dan 18:00-dək "Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Alatava” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir işlərinin Bakı şəhəri Nəsimi və Yasamal rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.