ANA SƏHİFƏ / SİYASƏT

Əli Həsənov: "Azərbaycan-İran əlaqələrini pozmaq istəyənlər..."

6306    |   2017-01-17 18:04
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İran və Azərbaycan arasındakı əlaqələri pozmaq istəyən qüvvələr olsa da, onlar öz istəklərinə nail ola bilməyəcəklər.

Adalet.az-ın məlumatına görə, bunu Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bu gün İranın kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.

Baş nazirin müavini bildirib ki, İran ilə Azərbaycan arasında əlaqələr günbəgün inkişaf edir. "İran dövləti və xalqı bizim üçün dost və qardaşdır. Həm dinimiz birdir, eyni zamanda, dilimiz, adət-ənənələrimiz, tariximiz, mədəniyyətimizdə çox oxşarlıqlar var”.

Azərbaycan-İran əlaqələrinin yüksək səviyyəyə qalxmasında ulu öndər Heydər Əliyevin xüsusi rolunu vurğulayan Ə.Həsənov qeyd edib ki, bu əlaqələr Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Hər iki ölkə prezidentlərinin qarşılıqlı səfərləri əlaqələrimizin inkişafını daha da sürətləndirib.

İran şirkətlərinin Azərbaycanda bir çox layihələrdə iştirak etdiyini diqqətə çatdıran Baş nazirin müavini deyib. Prezident İlham Əliyevin Azərbaycan xalqının milli maraqlarına söykənən müstəqil siyasət yürütdüyünü diqqətə çatdıran Ə.Həsənov qeyd edib ki, ölkələrimiz beynəlxalq məsələlərdə eyni mövqe sərgiləyir, bir-birilərini müdafiə edirlər: "İran və Azərbaycan prezidentləri tez-tez görüşür, qarşılıqlı səfərlər edirlər. Ölkələrimiz arasındakı əlaqələri pozmaq istəyən qüvvələr olsa da, onlar öz istəklərinə nail ola bilməyəcəklər".

Baş nazirin müavini respublikamızın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkdiyi, iqtisadi vəziyyətinin ağır olduğu bir dövrdə İranın İmam Xomeyni İmdad Komitəsi və Qızıl Aypara ("Hilal Əhmər") Cəmiyyəti humanitar təşkilatlarının ölkəmizə etdikləri yardımlara görə təşəkkürünü bildirib:

"Hazırda biz mürəkkəb bir dövrdə yaşayırıq. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu gün İslam həmrəyliyinə çox böyük ehtiyac var. Bu il Prezident İlham Əliyev Azərbaycanda "İslam Həmrəyliyi İli” elan edib. Azərbaycan tolerant ölkədir. Ermənistandan fərqli olaraq ölkəmizdə müxtəlif dinlərə məxsus insanlar dinc, mehriban şəraitdə yaşayırlar. Onlar Azərbaycan vətəndaşları ilə bərabər hüquqlara malikdirlər”.

Əli Həsənov əminliyini bildirib ki, Azərbaycan ilə İran arasındakı əlaqələr bundan sonra daha da inkişaf edəcək.




İmza:

İspaniyanın Baş naziri prezidenti təbrik edib

Makron İlham Əliyevi təbrik edib

“Məşğulluq haqqında” qanun I oxunuşda qəbul olundu

Rəsmi Bakıdan Ermənistandakı hakimiyyət dəyişikliyinə münasibət

Milli Məclis toplanır - Ombudsman hesabat verəcək

“Prezident gənc kadrlara böyük etimad göstərir” - Ramiz Mehdiyev + VİDEO

Bayram Səfərov: “Serj Sarkisyanın istefası Azərbaycanın xeyrinədir”

Moskva: “Baş verənlər Ermənistanın daxili işidir”

Əli Həsənov: "Dövlət Departamentinin Azərbaycanda vəziyyətə münasibəti..."

AŞPA-da Azərbaycana qarşı korrupsiya iddiaları iflasa uğradı

"Şimali Koreya ilə danışıqların əldə olunmasına nail ola bilməyən..."

“Azərbaycanda sabitlik böyük önəm daşıyır” - Rusiyalı nazir - Yenilənib

SON XƏBƏRLƏR
2018-04-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (46.15%)
"Real" Madrid (53.85%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

70-ci illərdə İranın bir «Qeysər» filmi vardı. Qısa, 3 nəfər Qeysərin bacısını zorlayır, özləri isə Qeysəri tutdururlar. Vaxt keçir, Qeysər həbsxanadan çıxır. Onun da bir adəti olur, ayaqqabısının dabanlarını tapdayıb geyinir. Elə ki barmağını salıb ayaqqabının dalını düzəltdi, deməli, kimisə, yəni daha dəqiq desək, bacısını zorlayanlardan kimisə öldürəcək. Beləliklə, Qeysər ayaqqabılarının dabanını düzəldə-düzəldə bacısının qisasını alır.

Həmin vaxt dəbə düşmüşdü. Şəhərdə və eləcə də rayonlarda özlərini Qeysərə oxşadan oğlanlar peyda olmuşdular, ayaqqabılarının dabanını tapdayıb geyinirdilər.

Deməli, Ağdamda 4-5 cavan küçədə «Qarabağ»ın məşhur futbolçusu və «Qarabağ»ın Lobanovskisi Adil Nadirovla rastlaşırlar. Adil görür ki, cavanların içində özündən razılarından biri ayaqqabılarının dabanını tapdayıb geyinib, onu saxlayır və deyir:

- Ə, qaqa, ayaqqabılarının dabanını niyə tapdamısan, sənin də bacını…





digər lətifələr
ARXİV
FACEBOOK