ANA SƏHİFƏ / MƏMLƏKƏT

Bərdədə qanunsuz dini mərasim keçirənlər saxlanılıb

2845    |   2017-01-17 17:57
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bərdə rayonu Həsənqaya kənd sakini Əziz Hüseyn oğlu Qasımova məxsus həyatyanı sahədə dini ibadət yeri kimi istifadə olunan tikilidə mütəmadi olaraq qanunsuz dini mərasimlərin keçirilməsinə cəhdlər edilib. 

Adalet.az xəbər verir ki, bunu Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.

S.Heydərov bildirib ki, bununla bağlı dəfələrlə yerli icra orqanları tərəfindən müvafiq xəbərdarlıq edilməsinə baxmayaraq Ə.H.Qasımovun rəhbərliyi altında, ətraf rayonların sakinləri cəlb edilməklə "Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri dəfələrlə kobud şəkildə pozulub.

Onun sözlərinə görə, 13 yanvar 2017-ci il tarixində qeyd olunan tikiliyə Bərdə rayonunun hüquq-mühafizə orqanlarının və Dövlət Komitəsinin regional şöbəsinin əməkdaşlarının iştirakı ilə baxış keçirilib, qanunsuz dini mərasimə bir nəfər yetkinlik yaşına çatmamış şəxs olmaqla 31 nəfərin cəlb olunduğu müəyyən edilib:

"Baxış zamanı polis orqanlarının qanuni fəaliyyətinə tabe olmadığına görə Əziz Hüseyn oğlu Qasımov və Ayxan Səfərov barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə 10 sutkalıq həbs qətimkan tədbiri seçilmişdir. Digər şəxslər izahatları alındıqdan sonra sərbəst buraxılıblar”.

S.Heydərov bildirib ki, baxış prosesində həmçinin həmin tikilidən 119 ədəd dini təyinatlı ədəbiyyat aşkar edilərək götürülüb, müvafiq ekspertizanın aparılması üçün Dövlət Komitəsinə göndərilib:

"Məsələ ilə bağlı əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən İslam dini icmaları yalnız məscidlərdə yaradılır və həmin icmalar təşkilat məsələlərində Qafqaz Müsəlmanları İdarəsinə tabedirlər. Həmçinin İslam dininə aid ibadət yerlərinə rəhbərlik edən din xadimləri DQİDK-ya məlumat verilməklə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin edilir.

Qanunvericilikdə eyni zamanda göstərilir ki, bütün dini icmalar DQİDK-da dövlət qeydiyyatına alındıqdan və dini qurumların dövlət reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərə bilərlər. Dini qurumlar yalnız dövlət qeydiyyatına alınması üçün təqdim olunmuş məlumatlarda hüquqi ünvan kimi göstərilən ibadət yerlərində dini mərkəz və idarələr tərəfindən din xadimi təyin edildikdən sonra fəaliyyət göstərə bilərlər.

Bu baxımdan Bərdə rayon sakini Əziz Hüseyn oğlu Qasımova məxsus şəxsi mülkdəki tikilinin dini ibadət yeri kimi fəaliyyət göstərməsi qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması kimi qiymətləndirilir və inzibati məsuliyyət yaradır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 515-ci (Dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulması) maddəsinə əsasən fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər yeddi min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir”.



İmza:
SON XƏBƏRLƏR
2017-01-22
2017-01-21


VİDEO