ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

“Maarifçi” Tələbə Fondunun rəhbəri ADU-da olub

5559    |   2017-01-17 17:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yanvarın 17-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev "Maarifçi” Tələbə Kredit Fondunun icraçı direktoru Rüfət Mahmudla görüşüb. Professor Əfqan Abdullayev qonağa universitetin fəaliyyəti, təhsil sistemi haqqında ətraflı məlumat verib.

Rüfət Mahmud təmsil etdiyi fondun missiyası, fəaliyyət istiqamətləri, idarəetmə sistemi, dəyər və prinsipləri haqqında danışıb. Fondun beynəlxalq təcrübəyə əsaslanaraq fəaliyyət gostərdiyini qeyd edən Rüfət Mahmud ADU tələbələrinin də qurumun təklif etdiyi imkanlardan yararlandığını bilirib. O, tələbələrin seçilməsi, qiymətləndirilməsi və qəbulu prosesində onlarınailə gəlirlərinin və akademik göstəricilərinin nəzərə alındığını söyləyib.

Görüşdə, həmçinin cari ildə fonda ADU-dan tələbələrin cəlb edilməsi, fondun nəzarət orqanı olan Himayəçilik Şurasına universitet üzrə üzv seçilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, "Maarifçi” Tələbə Kredit Fondu Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələri tərəfindən təsis edilib. Tələbələr üçün yaradılmış fondun əsas missiyası aztəminatlı ailələrdən olan tələbələrə kreditlərin verilməsi vasitəsi ilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır.




İmza:
SON XƏBƏRLƏR
2017-05-29
2017-05-28


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
İslam oyunlarına gedirsinizmi?

Hə (60%)
Yox (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın gecə işdən evə dönür. Ərini yuxudan oyatmamaq üçün səssizcə yatağa girmək istəyir. Yorğanın altında iki ayaq əvəzinə dörd ayaq görür. Bundan əsəbləşən qadın əlinə bir zopa alıb ikisinin də başına vurur. Mətbəxə keçəndə isə ərinin oturub qəzet oxuduğunu görür. Əri başını qaldıraraq deyir:

- Əzizim, rayondn ananla atan gəlib, mən də yataq otağımızı onlara verdim ki, rahat yatsınlar. Bax gör hələ yatmayıblarsa salam ver və görüş, ayıbdı.




digər lətifələr
ARXİV
FACEBOOK