adalet.az header logo
  • Bakı 7°C
17 Yanvar 2017 17:13
6814
DÜNYA
A- A+

Bişkekdə ikinci "qara qutu" da tapıldı

Bişkekin "Manas" hava limanı yaxınlığında qəzaya uğramış Türkiyəyə məxsus "Boeing 747-400" təyyarəsinin ikinci "qara qutu"su tapılıb.

Bu barədə Qırğızıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, "qara qutu" təyyarənin iri qalıqlarının tədqiq edilməsi zamanı aşkar edlib.

Xatırladaq ki, təyyarənin birinci "qara qutu"su ötən gün aşkar olunmuşdu. Hər iki "qara qutu" Dövlətlərarası Aviasiya Komitəsinin nümayəndələrinə təhvil veriləcək.