ANA SƏHİFƏ / GÜNDƏM

Geomaqnit qasırğası baş verəcək - XƏBƏRDARLIQ

5246    |   2017-01-17 16:54
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Günəşin səthində 24 ləkə və 2 fəallıq qrupu (ləkələr toplusu - AR) müşahidə olunur. Diskin kənarına yaxın yerləşən aktiv regionlar AR 2625 və 2626 nisbətən maqnit konfiqurasiyasına malik olduğundan bu regiona daxil olan Günəş ləkələrinin yaxınlığında güclü alışmanın baş vermə ehtimalı aşağıdır. Bir azdan bu aktiv regionlar Günəşin fırlanması səbəbindən görünən diskin ortasına yaxınlaşaraq "geoeffektiv" olacaq. Bu vəziyyətdə alışma baş verərsə, onlar Yerə birbaşa təsir edəcək".

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müaviniElçin Babayevdeyib. Onun sözlərinə görə, hazırda əsas geomaqnit indekslərindən biri olan Kp-nin qiyməti 1-dir (maksimum 9 olur) və bu da zəif həyəcanlaşma deməkdir. Bu gün-sabah, xüsusilə də 18-19 yanvar tarixlərində geomaqnit həyəcanlaşmasının artacağı, böyük ehtimalla yuxarı en dairələrində G1 səviyyəli geomaqnit qasırğasının baş verəcəyi gözlənilir: "Maksimal şkala G5-dir və bu cür qasırğalar nadir hallarda baş verir. Hazırda planetlərarası maqnit sahəsinin (PMS) "zkomponenti"nin cənub istiqamətini göstərməsi həyəcanlaşma ehtimalını bir az da artırır - bu halda yüklü plazma zərrəciklərinin Yerin maqnitosferinə asan daxil olması üçün əlverişli fiziki şərait yaranır. Geomaqnit həyəcanlaşmasının (və hətta geomaqnit qasırğasının) 18-19 yanvarda baş verməsinin əsas səbəbi Günəş səthində (mərkəzində) hazırda mövcud olan və kanyonabənzər "tac dəliyi"ndən ("coronal hole" - CH) başlanğıcını götürəcək yüksək sürətli (650km/san-dən böyük) Günəş plazma küləyinin təsiri olacaq ("tac dəlikləri" demək olar ki, açıq maqnit qüvvə xətləri olan sahələrdir; buradan yüklü zərrəciklər Günəş tacını asanlıqla tərk edir və sürətlə planetlərarası fəzaya yönəlir). Yerətrafı fəzaya çatan yüksəksürətli plazma küləyi Yerin maqnit sahəsi (Yer maqnitosferi) ilə təmasda olaraq geomaqnit həyəcanlaşmasına səbəb olacaq".

E.Babayev əlavə edib ki, cari gözlənilən qasırğa yuxarı en dairələrində daha effektiv olacaq və bizim yerləşdiyimiz orta coğrafi en dairələri üçün təsirin orta olması gözlənilir. Sağlam insanlar üçün narahatlığa səbəb yoxdur, lakin qış günlərinin meteoroloji şəraitinin tipik və kəskin dəyişmələri (atmosfer təzyiqi, temperatur, külək) kosmik hava şıltaqlıqları ilə tandem təşkil etdikdə risk qrupuna daxil olan insanlar üçün diskomfort yarana bilər: "Neqativ təsir bu gün, sabah, həmçinin 19 yanvarda hiss ediləcək, xroniki xəstələr (xüsusilə də, ürək-qan- damar xəstəlikləri olan insanlar), ahıl insanlar və azyaşlılarda bu, özünü bir az qabarıq şəkildə büruzə verəcək. Həkim məsləhəti əsasında profilaktik (qabaqlayıcı) tədbirlərin görülməsi faydalı ola bilər. Geomaqnit həyəcanlaşmaları kosmik hava şəraitini mürəkkəb və əlverişsiz edir. Yazılanlar analizlər əsasında verilmiş proqnozdur, real geomaqnit vəziyyətin bu gün, sabah, həmçinin 19 yanvar tarixlərində nə qədər gərgin olacağı isə planetlərarası maqnit sahəsinin istiqamətindən və Günəş küləyinin sürətindən də asılı olacaq".




İmza:
SON XƏBƏRLƏR
2017-11-19
2017-11-18
00:37 DEYİLƏM
2017-11-17


VİDEO





ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ" "Çelsi"yə qalib gələcəkmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Ər və arvad evin qarşısında oturublar. Bir turist gəlir və kişidən ingiliscə yolu soruşur. Kişidən səs yox. Turist bu dəfə almanca soruşur. Kişidən yenə səs yox. Turist bu dəfə Fransızca danışmış. Yenə səs yox. İspanca, yenə səs yox. Turist əsəbiləşib gedir. Arvad ərinə deyir:
- Bir dil öyrənməyin zamanı gəldi deyəsən.
- Boş ver, nə gərək var? Adam bu qədər dil bilir, dərdini mənə başa sala bilmədi.




digər lətifələr
ARXİV
FACEBOOK