adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
17 Yanvar 2017 16:25
12368
MARAQLI
A- A+

30 nəfərlik futbol

Britaniya adalarında duman - adi hadisədi. 

Amma iki Şotlandiya komandasının görüşündə baş vermiş hadisə qeyri-adidi. 1962-ci ildə baş tutmuş "Ross Country" və "Motherwell" oyununda duman o qədər artmışdı ki, futbolçular uzun müddət topu axtarmaq məcburiyyətində qalıblar. Həmin vaxt hakimə elə gəlib ki, sanki meydançada lazım olduğundan çox futbloçu var. İlk növbədə o, ehtiyat skamyalarına qaçıb, ora boş idi. Hakim dərhal oyunu dayandırıb. Məlum olub ki, meydançada eyni anda 30 oyunçu var imiş.