ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

Təhsil ekspertləri BDU-da imtahan sessiyasının gedişini izləyiblər - Foto

9941    |   2017-01-17 16:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakı Dövlət Universitetinin İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, QHT, media və ictimaiyyət nümayəndələri, təhsil ekspertləri BDU-da keçirilən qış imtahan sessiyasının gedişi ilə tanış olublar.

Universitetin mətbuat və informasiya şöbəsindən Adalet.az-a verilən məlumata görə, öncə şura üzvləri imtahan prosesini izləyib və tələbələrlə müəyyən söhbətlər aparıblar. Sonra BDU-nun rektoru, akademik Abel Məhərrəmov, prorektorlar və dekanların iştirakı ilə tələbələrlə görüş keçiriblər. Universitetdə imtahanların təşkili barədə çıxış edən rektor Abel Məhərrəmov bildirib ki, imtahanlar bir qayda olaraq yazılı formada aparılır, zərurət yarandığı hallarda bəzi fənlər üzrə şifahi-dialoq və ya test formasında keçirilir.

İctimai Nəzarət və Məsləhət Şurasının sədri, professor Əjdər Ağayev Şura haqqında məlumat verib. Bildirib ki, BDU Elmi Şurasının qərarı ilə yaradılan İctimai Nəzarət və Məsləhət Şurasının əsas məqsədi maraqlı tərəflərin BDU-nun idarə olunmasında iştiraka cəlb edilməsi, onun fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, universitetlə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, universitetin fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması, əməkdaşlarının, təhsilalanların hüquqlarının müdafiəsi, fəaliyyətinin təkmilləşdirilməsi üçün təkliflərin verilməsindən ibarətdir. Şuranın əsas vəzifələri isə BDU-nun inkişaf strategiyası və proqramlarının formalaşdırılmasına, onun beynəlxalq, təhsil, elm, texniki, mədəni sahələrdə əməkdaşlığının inkişaf etdirilməsinə, dövlət, ictimai, işgüzar strukturlarla əməkdaşlığına yardım etmək, elm, təhsil və digər ictimai faydalı fəaliyyətini təbliğ etmək, BDU-nun intellektual və fiziki resurslarından istifadənin səmərəliliyini dəyərləndirməkdən ibarətdir. Ötən müddət ərzində Şura öz iş planına uyğun olaraq bir sıra tədbirlər həyata keçirib, tələbələrlə görüşüb, fikir və təkliflərini dinləyib, müəyyən məsələlər üzrə rektorluğa təkliflər verib. İlk dəfə olaraq BDU-da belə bir Şuranın yaradılması ictimaiyyət tərəfindən müsbət qarşılanıb, universitetin bu sahədəki təcrübəsindən istifadə edilərək bir sıra digər ali təhsil müəssisələrində də İctimai Nəzarət Şuraları yaradılıb.

İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri Qənirə Paşayeva, Məlahət Mürşüdlü, Rauf Zeyni, Əlməmməd Nuriyev, Mirzə Cəfərzadə Ümid Mirzəyev çıxış edib. Qeyd edilib ki, imtahanlara, eyni zamanda Tədris Elektron Mərkəzi tərəfindən nəzarət edilir, müşahidə kameraları vasitəsilə izlənilir. Tələbələrə təqdim olunan cavab vərəqələri kodlaşdırılır ki, bu da obyektivliyi təmin edir. Yazıların kodlaşdırılması, yoxlanılması və nəticələrin dekanlığa göndərilməsi xüsusi otaqlarda həyata keçirilir. Sessiyanın gedişində yarana biləcək narazılıqların araşdırılması və həlli məqsədilə Qərargah, apelyasiya komissiyaları, eləcə də "Qaynar xətt” yaradılıb.

Sonra tələbələrin təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb. Müzakirələrdə universitetdə tədris prosesinin təşkili, BDU-da elm və təhsilin inteqrasiyası, tələbələrin elmi fəaliyyətə cəlb edilməsi, universitetin gələcək inkişafı, müəllim-tələbə münasibətləri kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




İmza:

Müəllimlər üçün müsahibələr başladı

Tbilisidə ulu öndər Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfransın bölmə iclası keçirilib

Azərbaycan İstiqlal Muzeyinin eksponatları UNEC-də: “Cümhuriyyət 100”

ADU-da “Azərbaycan şifahi xalq ədəbiyyatı və dil” mövzusunda dəyirmi masa keçirilib

Dövlət qulluğuna qəbul imtahanı keçirilib

Bu gün növbəti imtahan keçirilir

1-ci sinfə qəbul üzrə 55 minə yaxın sorğu yerləşdirilib

Jurnalistikanın magistraturasına qəbul olunmaq istəyən bakalavrlara XƏBƏRDARLIQ

Qırğızıstanlı diplomat UNEC-də

BANM Poltava Milli Texniki Universiteti ilə əməkdaşlığı genişləndirir

Çin kulinariyası ilə bağlı master-klass keçirilib

“Kaspi” ilə “Gənc istedadlar” liseyi şagirdlərinin sərgisi açılıb

SON XƏBƏRLƏR
2018-04-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (46.15%)
"Real" Madrid (53.85%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

70-ci illərdə İranın bir «Qeysər» filmi vardı. Qısa, 3 nəfər Qeysərin bacısını zorlayır, özləri isə Qeysəri tutdururlar. Vaxt keçir, Qeysər həbsxanadan çıxır. Onun da bir adəti olur, ayaqqabısının dabanlarını tapdayıb geyinir. Elə ki barmağını salıb ayaqqabının dalını düzəltdi, deməli, kimisə, yəni daha dəqiq desək, bacısını zorlayanlardan kimisə öldürəcək. Beləliklə, Qeysər ayaqqabılarının dabanını düzəldə-düzəldə bacısının qisasını alır.

Həmin vaxt dəbə düşmüşdü. Şəhərdə və eləcə də rayonlarda özlərini Qeysərə oxşadan oğlanlar peyda olmuşdular, ayaqqabılarının dabanını tapdayıb geyinirdilər.

Deməli, Ağdamda 4-5 cavan küçədə «Qarabağ»ın məşhur futbolçusu və «Qarabağ»ın Lobanovskisi Adil Nadirovla rastlaşırlar. Adil görür ki, cavanların içində özündən razılarından biri ayaqqabılarının dabanını tapdayıb geyinib, onu saxlayır və deyir:

- Ə, qaqa, ayaqqabılarının dabanını niyə tapdamısan, sənin də bacını…





digər lətifələr
ARXİV
FACEBOOK