Azərbaycan iki ölkədə səfirlik açıb
Ötən il Azərbaycanın 2 ölkədə səfirliyi və bir şəhərdə fəxri konsulluğu açılıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin 2016-cı ilin yekunlarına dair buraxılışında bildirilib.
XİN-dən bildirilib ki, ötən il Azərbaycanın Əlcəzair Xalq Demokratik Respublikası və İraq Respublikasında səfirlikləri, Avstraliya İttifaqının Pert şəhərində isə fəxri konsulluğu açılıb.
Bununla yanaşı, Azərbaycan Respublikasının Efiopiya Federal Demokratik Respublikasındakı səfiri eyni zamanda Cibuti Respublikası, Keniya Respublikası və BMT-nin Nayrobidəki Bölməsində, Azərbaycan Respublikasının Malayziyadakı səfiri eyni zamanda Tailand Krallığında akkreditə olunub.
Digər Xəbərlər
18 Aprel 2024 17:10
Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək
18 Aprel 2024 16:39"Fransa demokratik ideyaları məhv edir" - Səməd Seyidov
18 Aprel 2024 16:23"Fransa öz gözündəki tiri görmək istəmir" - Deputat
18 Aprel 2024 15:50"Xankəndinin azadlığı Yeni Kaledoniyanın müstəmləkədən qurtulmasına zəmanət verir" - Komitə sədri
18 Aprel 2024 13:58