adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
17 Yanvar 2017 15:57
11419
SİYASƏT
A- A+

Azərbaycan iki ölkədə səfirlik açıb

Ötən il Azərbaycanın 2 ölkədə səfirliyi və bir şəhərdə fəxri konsulluğu açılıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin 2016-cı ilin yekunlarına dair buraxılışında bildirilib.

XİN-dən bildirilib ki, ötən il Azərbaycanın Əlcəzair Xalq Demokratik Respublikası və İraq Respublikasında səfirlikləri, Avstraliya İttifaqının Pert şəhərində isə fəxri konsulluğu açılıb.

Bununla yanaşı, Azərbaycan Respublikasının Efiopiya Federal Demokratik Respublikasındakı səfiri eyni zamanda Cibuti Respublikası, Keniya Respublikası və BMT-nin Nayrobidəki Bölməsində, Azərbaycan Respublikasının Malayziyadakı səfiri eyni zamanda Tailand Krallığında akkreditə olunub.