Ekologiyanı pozanlar 52 min cərimələndi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) ətraf mühitin mühafizəsini həyata keçirən qurumları tərəfindən 2016-cı il ərzində ölkə ərazisində atmosfer havasının mühafizəsi üzrə ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.
Nazirlikdən verilən məlumata görə, ETSN əməkdaşlarının apardığı araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 120 akt və 51 protokol tərtib olunub. Müəyyən edilən nöqsanların aradan qaldırılması üçün isə icrası məcburi olan 24 müddətli "məcburi göstəriş” verilib. Əlli doqquz iş üzrə 42500 manat məbləğində cərimə, ətraf mühitə dəyən ziyana görə bir iş üzrə 1200 manat məbləğində iddia qaldırılıb, 1386 iş üzrə 329620,46 manat məbləğində ödəmə tətbiq edilib.
İcra qruplarına göndərilən 29 işdən 16-na, hüquq mühafizə orqanlarına göndərilən 10 işdən 5-nə və məhkəmələrə göndərilən 2 işdən 1-nə baxılaraq müvafiq tədbir görülüb. Qalan işlər isə hazırda icraatdadır.
Digər Xəbərlər
25 Aprel 2024 11:52
Heç olmasa, Musa Yaqubun xətrinə...
25 Aprel 2024 11:45Kağızın Təkrar Emalı Fabrikinə mediatur təşkil olunub - FOTOLAR
25 Aprel 2024 10:40Vətəndaşlar öz avtomobilləri ilə Laçına gedə biləcəklər
25 Aprel 2024 10:32Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdən
24 Aprel 2024 14:41