ANA SƏHİFƏ / MƏMLƏKƏT

Ekologiyanı pozanlar 52 min cərimələndi

5037    |   2017-01-17 15:53
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) ətraf mühitin mühafizəsini həyata keçirən qurumları tərəfindən 2016-cı il ərzində ölkə ərazisində atmosfer havasının mühafizəsi üzrə ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.

Nazirlikdən verilən məlumata görə, ETSN əməkdaşlarının apardığı araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 120 akt və 51 protokol tərtib olunub. Müəyyən edilən nöqsanların aradan qaldırılması üçün isə icrası məcburi olan 24 müddətli "məcburi göstəriş” verilib. Əlli doqquz iş üzrə 42500 manat məbləğində cərimə, ətraf mühitə dəyən ziyana görə bir iş üzrə 1200 manat məbləğində iddia qaldırılıb, 1386 iş üzrə 329620,46 manat məbləğində ödəmə tətbiq edilib.

İcra qruplarına göndərilən 29 işdən 16-na, hüquq mühafizə orqanlarına göndərilən 10 işdən 5-nə və məhkəmələrə göndərilən 2 işdən 1-nə baxılaraq müvafiq tədbir görülüb. Qalan işlər isə hazırda icraatdadır.




İmza:
SON XƏBƏRLƏR
2017-05-25


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
İslam oyunlarına gedirsinizmi?

Hə (60%)
Yox (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Teymur dostu Seymura sataşıb onun stuluna rəng tökür. Seymur sinifə girən kimi soruşur:
- Bax gör, bu şalvar mənə yaraşır?
- Hələ bir otur, sonra sual ver! Seymur oturur. Oturan kimi stula yapışır, stulun rəngli olduğunu görüb tez qalxır. Teymur o qədər gülür ki... Seymurun pərt olduğunu görüb gülməyini dayandırıb soruşur:
- Bayaq nə demək istəyirdin?
- Demək istəyirdim ki, dünən idman dərsindən sonra sənin cins şalvarın zalda qalmışdı. Bu gün onu geyinmişəm!




digər lətifələr
ARXİV
FACEBOOK