ANA SƏHİFƏ / MƏMLƏKƏT

Vergilər Nazirliyi “Çudo Peçka”nın da borcunu sildi

4737    |   2017-01-17 14:26
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Vergilər Nazirliyi "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Qanunun 1-ci, 2.1-ci və 3-cü maddələrinə əsasən faiz və maliyyə sanksiyaları üzrə 01.01.2017-ci il tarixə mövcud olan borcları qeyd-şərtsiz silinmiş hüquqi şəxslərin adlı siyahısını açıqlayıb.

Adalet.az nazirliyə istinadən xəbər verir ki, vergi amnistiyasından yararlanan hüquqi şəxslərin siyahısında "Çudo Peçka" MMC-nin də adı yer alıb. MMC-nin 815,9 manat borcu silinib.

Bundan başqa Əmlak Məsələləri Dövlət Komitəsinin də 14.145.408,7 manat borcu silinməklə amnistiya tətbiq edilib. Həmçinin, Bakı Şəhəri Mənzil Komunal Təsərrüfatı Departamentinin 397.746,3 manat, Daxili İşlər Nazirliyi Nəzdində Baş Mühafizə İdarəsinin həyat əhəmiyyətli obyektlərini mühafizə edən polis alayının 44.398,7 manat, "AKKORD GENERAL CONSTRUCTION"MMC-nin 2.726,7 manat borcuna amnistiya tətbiq edilib.




İmza:
SON XƏBƏRLƏR
2017-03-29
2017-03-28


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Qışdan üzüağ çıxa bildinizmi?

Hə (60%)
Yox (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Ana həbsxanada yatan oğluna məktub yazır: "Ay oğul, sən tutulandan sonra bostanı qazan yoxdu, heç kartof da əkə bilmirəm".
Oğlu cavab yazır: "Ana, nəbadə həyətdəki bostanı qazasan, özünü də zibilə salarsan, məni də".
Bir neçə gündən sonra ana oğluna yazır: "Sənin məktubunu alandan sonra 10-15 nəfər polis gəlib həyəti qazıb sonra da söyə-söyə getdilər".
Oğlu: "Ana, bax gördün, mən həyəti qazdırdım, indi kartofu da özün əkərsən".




digər lətifələr
ARXİV
FACEBOOK