adalet.az header logo
  • Bakı 20°C
17 Yanvar 2017 14:00
10642
ƏDƏBİYYAT
A- A+

İkicildlik "Azərbaycan ədəbiyyatı antologiyası" işıq üzü gördü

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin növbəti nəşri – ikicildlik "Azərbaycan ədəbiyyatı antologiyası" kitabı işıq üzü görüb.

İlk ədəbi nümunələri ilə Azərbaycan ədəbiyyatı tarixinin əsasını qoymuş Xaqani, Nizami Gəncəvi, Füzuli, İ.Qutqaşınlı, M.F.Axundzadə kimi klassiklərdən üzübəri yazıb-yaratmış tanınmış ədiblərin şeir və hekayələri, həyat və yaradıcılığı haqqında məlumatlar yer alan irihəcmli, akademik nəşr elm, ədəbiyyat, incəsənət, təhsil və tədris sahəsi ilə yanaşı, geniş oxucu kütləsi üçün də nəzərdə tutulub.

Kitabın baş redaktoru Afaq Məsud, ön sözünün müəllifi Nizami Cəfərovdur.