ANA SƏHİFƏ / SİYASƏT

Lavrovdan Dağlıq Qarabağa qanunsuz səfər edən blogerlı bağlı AÇIQLAMA

4808    |   2017-01-17 13:50
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Biz istənilən jurnalist və şəxsin dünyanın istənilən yerində hər hansı yeri ziyarət etməsini kriminallaşdırılmasının və cinayət məsuliyyətinə cəlb edilməsinin əleyhinəyik".

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada keçirdiyi mətbuat konfransında bloqer Aleksandr Lapşinin Azərbaycanın sorğusu əsasında Belarusda saxlanması məsələsinə münasibət bildirərkən deyib. 

O həmçinin həmin şəxsin üçüncü ölkəyə ekstradisiyasının əleyhinə olduğunu bildirib: "Biz bu məsələ ilə əlaqədar diplomatik fəaliyyət apardıq. Lapşin eyni zamanda İsrail vətəndaşıdır. İsrail diplomatları da onunla təmasdadırlar. Bütün tədbirləri görəcəyik ki, bu məsələ həll olunsun. Təbii ki, bu, Rusiya vətəndaşının bütün hüquqlarının qorunması şərti ilə ediləcək. Biz israillilərlə birlikdə sıx əlaqədə işləyirik". 

Qeyd edək ki, A.Lapşin Azərbaycan tərəfinin sorğusu əsasında Minskdə saxlanılıb. Onun adı 2013-cü ildə Azərbaycan Xarici İşlər Nazirliyinin "qara siyahısı"na daxil olunub. Buna səbəb bloqerin digər əcnəbilərlə Dağlıq Qarabağa qanunsuz səfər etməsidir. 2015-ci ildə Lapşin Ukrayna pasportu ilə Azərbaycan ərazisinə Gürcüstandan keçib. Pasportda Aleksandr adı Ukrayna dilinə uyğun Oleksandr yazıldığı üçün Lapşin Azərbaycana maneəsiz daxil ola bilib. Azərbaycan tərəfi "Dövlət sərhədinin pozulması haqqında" qanunu pozduğu üçün blogeri beynəlxalq axtarışa verib.




İmza:apa
SON XƏBƏRLƏR
2017-06-25
2017-06-24


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Azərbaycanda futbol oynayırlar yoxsa top-top?

Futbola - HƏ (25%)
Top-topa - YOX (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Məhkəmə 85 yaşlı kişiyə iş kəsir. Həbsxanada soruşurlar:
- Necə oldu ki, bura düşdün?
- Zorlama maddəsi ilə.
- Bu yaşda?
- Yox ee, ittiham aktında yazılanlar xoşuma gəldi, dərhal razılaşdım.




digər lətifələr
ARXİV
FACEBOOK