Adalet.az | Ramiz Mehdiyevin "Yeni dünya nizamı və milli ideya" kitabının təqdimatı olub Adalet.az | Ramiz Mehdiyevin "Yeni dünya nizamı və milli ideya" kitabının təqdimatı olub Adalet.az | Ədalət -
ANA SƏHÄ°FƏ / ƏDƏBİYYAT

Ramiz Mehdiyevin "Yeni dünya nizamı və milli ideya" kitabının təqdimatı olub

7590    |   2017-01-17 13:48
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Yeni dünya nizamı və milli ideya" adlı kitabının təqdimatı olub.

Tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov kitaba müəllifin 2002-ci və 2003-cü illərdə mətbuatda dərc olunmuş iki əsərinin daxil edildiyini bildirib. Diqqətə çatdırılıb ki, bu əsərlərin indi, 13-14 il sonra kitab şəklində nəşr olunaraq oxucuya yenidən təqdim edilməsi səbəbsiz deyil və dərin məntiqə söykənir. Çünki bu əsərlərdə əksini tapan fikir, mülahizə və düşüncələr müasir dövrümüzlə tam səsləşir və aktuallığını əsla itirməyib.

Tədbirdə digər çıxış edənlər vurğulayıblar ki, aktual mövzularda elmi əsərləri ilə vaxtaşırı geniş oxucu auditoriyasının diqqətini cəlb edən akademik Ramiz Mehdiyevin bu kitabı zamanla sınanmış bu və digər fəlsəfi baxışlar, fikir və mülahizələrlə zəngindir.




Ä°mza:
SON XƏBƏRLƏR
2017-04-24


VİDEO