adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
17 Yanvar 2017 13:20
5971
GÜNDƏM
A- A+

Cərimə ödəməyən piyadalar xaricə buraxılmayacaq - DYP

Aylarla cərimə ödəməyən piyadaların əmlakına həbs qoyulacaq.

Bu barədə Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəis Kamran Əliyev deyib.

Şöbə rəisi bildirib ki, yol hərəkəti qaydalarının əleyhinə olan inzibati xətanın törədilməsinə görə şəxs inzibati cəriməni ödəmirsə, o halda həmin materiallar məhkəmə icraçılarına göndərilir: "Belə məqamda həmin hallar məcburi icraya yönəldilir. Məhkəmələr tərəfindən qərar çıxarıldıqdan sonra məcburi icra həmin şəxsin hər hansı bir əmlakına yönəlir. Əmlak evində və ya özündə olan hər hansı bir əşya ola bilər. Sözsüz ki, bu cərimələr ödənməlidir. Elə piyada var ki, il ərzində 5-6 dəfə eyni yerdə cərimə olunur. Həmin şəxs bu cərimələri ödəmir. Belə halların təkrar olunması ağır qəzalara gətirib çıxarır. Həmin şəxslər cəriməni vaxtında ödəsə, etdiyi hərəkətə görə cərimə ödəmək məcburiyyətində olduğunu biləcək. Bu baxımdan gələn dəfə eyni hərəkəti təkrar etməz. Cərimələrin xeyli sayda piyada tərəfindən ödənilməməsi nəzərə alınaraq sənədlər məcburi icraya yönəldilib”.

K.Əliyev qeyd edib ki, gələcəkdə cərimələrn məbləğinin ödənilməməsi ilə bağlı müəyyən tədbirlərin görülməsi istiqamətində təkliflər hazırlanır: "Cərimə ödəməyən şəxslərin ölkə sərhəddini keçməsində müəyyən məhdudiyyətlər tətbiq olunacaq”.