ANA SƏHİFƏ / MƏMLƏKƏT

Evlərin qiyməti ucuzlaşacaq

5878    |   2017-01-17 13:06
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Bu ilin birinci yarısında mənzil bazarında qiymət azalmaları davam edəcək”.

Bu barədə iqtisadçı Vüqar Bayramov bildirib. Ekspert qeyd edib ki, mənzillərin qiyməti enməkdə davam edəcəyi ilə bağlı statusundan sonra "mənzillərin qiymətinin artacağı” və hətta "artıq qiymət artımlarının olması” haqda xəbərlər bir sıra mətbu orqanlarda özünə yer tapmaqdadır: "Maraqlıdır ki, oxşar reaksiya 2014-cü ildən bəri müşahidə edilir. 2014-ci ilin ortalarında qiymət azalmalarını proqnozlaşdıran zamanda "spekulyativ qiymət artımları” xəbərləri bəzi mətbu qurumlarda yer alırdı. Hətta bir neçə gün öncə "mənzil bazarında ötən il 5 faizlik qiymət artımının olması” barədə xəbərlər yayıldı.

Nə qədər maraqlı olsa da, həmin xəbərə inansaq, o zaman, 2016-cı ilin əvvəlində 200 min manata təklif edilən mənzil ilin sonunda 210 min manata satılıb. Bəlkə belə araşdırma aparanlar zarafat edirər. Demək çətindir. Amma ötən ilin əvvəlində 200 min manata olan mənzili indi nəinki 5 faiz baha heç öz qiymətinə belə indi satmaq mümkün deyil”.

V.Bayramov vurğulayıb ki, real tələb və təklifə əsasən qiymət azalmaları proqnozlaşdırılır: "Amma bəziləri cəmiyyətə qiymət artımlarının olacağını təlqin etməyə və bununla da süni tələb yaratmağa çalışırlar. Məqsəd sadədir: qiymət artımlarından ehtiyatlanan potensial alıcı daha qısa zamanda mənzil almağa çalışacaq və bir tərəfədən vətəndaş yüksək qiymətə mənzil alacaq, digər tərəfdən süni tələb yeni qiymət artımlarına yol açacaq. Əvvəllər də qeyd etdiyimiz kimi, əmlak bazarında və eləcə də inşaat sektorunda durğunluq manatın bazar dəyəri formalaşdırıldıqdan sonra aradan qalxa bilər. Bu isə o deməkdir ki, bu ilin birinci yarısında mənzil bazarında qiymət azalmaları davam edəcək”.


İmza:azvision.az
SON XƏBƏRLƏR
2017-08-18


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Azərbaycanda futbol oynayırlar yoxsa top-top?

Futbola - HƏ (33.33%)
Top-topa - YOX (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Üç dəli dəlixanadan qaçır. Şəhərdə avaralanıb gəzirlər. Polisin onları axtardığını görüb gizlənməyə yer axtarırlar. Biri cibindən iynə çıxarır, iynənin arxasında gizlənirlər. Polislər bunları tutub dəlixanaya aparır. Dəlilərdən biri:
- Görəsən bizi necə gördülər?
O biri dəli:
- Yəqin iynənin deşiyindən görüblər.




digər lətifələr
ARXİV
FACEBOOK