ANA SƏHİFƏ / YAZARLAR

SƏSİNİ EŞİDİB SEVİNDİM...

FAİQ QİSMƏTOĞLU

4789    |   2017-01-15 13:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hər gün səhər açılanda Allahıma şükür edirəm. Şükür edirəm ki, sağ-salamatam, dünyanı görürəm, yeriyirəm, ürəyim döyünür. Sonra da doğmalarıma Allah-Təaladan can sağlığı arzulayıram. Bununla da hər şey bitmir. "Qurani-Kərim"in dörd gözəl surəsini gün ərzində iyirmi dəfə oxuyuram. Təbii ki, bunları oxuyanda ürəyimə, qəlbimə və içimə bir nur gəlir. Dua edərkən yaxın dostlarım və mənə yaxşılıq eləmiş, çörək vermiş, çətin gündə arxamda durmuş insanlar da yadımdan çıxmır.

Onlardan biri də düz otuz ilə yaxın dostluq elədiyim Ənvər Seyidovdur. Həmişə ən çətin, ən ağır və hətta xəstə günlərimdə belə özümün xəbəri olmadan mənə telefon açıb, kömək göstərib və "qorxma" deyib. Ümumiyyətlə, bu insan nə qədər istedadlı, nə qədər tanınmış, nə qədər gözəl hakim və alim olsa da, bir o qədər böyük ürək sahibidir və bir o qədər də sadə və səmimi ziyalıdır.

Özümün də ağrım-acım bəzən çox olur. Bir gün elə oldu ki, saytların birində göz gəzdirəndə Ənvər müəllimlə bağlı bir informasiya oxudum. Sözün açığı, bu xəbər məni çox narahat elədi. Əgər o xəbərə inansaydıq, Ənvər müəllimin vəziyyəti çox ağır idi. Başı alovlu Mərkəzi Neftiçilər Xəstəxanasına getdim. Orda da dedilər ki, reanimasiyadadı. Yaxın dostumuz Firdovsi müəllim təlaş keçirdiyimi hiss edib mənə təsəlli verdi və dedi ki, bilirəm, sən Ənvər müəllimlə uzun illərdi çörək kəsirsən, amma narahat olma. Hər cür çətinlik arxada qalıb, durumu pis deyil.

Sözün açığı, bu təsəlli də mənim ürəyimi bir o qədər sakitləşdirmədi. Yenidən həmin xəstəxanaya bir neçə dəfə baş çəkdim. Amma onu ziyarət edə bilmədim. Hər dəfə də xəstəxanaya baş çəkəndə gözlərim dolur, onun elədiyi yaxşılıqlar yenidən yadıma düşürdü...

... Bir dəfə də xəstəxanaya gələndə mühafizəçilər dedilər ki, artıq Ənvər Seyidov xəstəxanadan çıxıb ev şəraitindədi. Ordan yenə başı alovlu yaşadığı ünvana getdim. Təbii ki, mobil telefonuna zəng çalsam da, onu söndürmüşdü. Mən həyətə getdim, qapıda xidməti maşınını gördüm. Sürücüsü mənə yaxınlaşdı və kim olduğumu soruşdu. Dedim ki, Ənvər Seyidovun yaxın dostuyam, onu ziyarət etmək istəyirəm. O da yazıq görkəm aldı və dilləndi:

- Vallah, onun ziyarətinə çox adam gəlir, amma Leyla xanım heç kimlə görüşməyi məsləhət bilmir. Adınızı, soyadınızı deyin, sizin gəlməyinizi ona çatdırıram.

Mən də adımı dedim və çıxıb getdim. Geri dönəndə sürücüdən mobil telefonunu soruşdum. O da telefon nömrəsini və adını mənə dedi. Səhv eləmirəmsə adı Kərim idi. Çox tərbiyəli və qanacaqlı bir gəncdir.

Ürəyim dözmədi, bir neçə gündən sonra yenə Ənvər müəllimgilə getdim. Sürücü məni tanıdı və yenə maşından düşüb dedi ki, müəllim, narahat olmayın, sizin salamınızı Ənvər müəllimə çatdırdım. Vəziyyəti də şükür Allaha, yaxşıdır.

Sonrakı günlər isə elə Kərimlə telefon əlaqəsi yaradırdım. O da bildirirdi ki, narahat olmağa dəyməz, hər şey yaxşıdır. Yanvarın 12-də isə ürəyim dözmədi və Ənvər Seyidovun mobil telefonuna zəng çaldım. Zəng üç dəfə səsləndi, amma cavab verilmədi. Ümumiyyətlə, mən hər hansı dostuma üç dəfədən artıq zəng vurmaram. Bilirəm ki, bu vaxtı ya onun başı qarışıqdı, ya da bir işlə məşğuldu. Amma zəngin çağırmasına çox sevindim. Çünki əvvəllər Ənvər müəllimin nömrəsi söndürülürdü.

... Heç 15 dəqiqə keçmədi ki, həmin telefondan mənə zəng gəldi. Sevincək düyməni basdım və Ənvər müəllimin əvvəlki kimi şux səsini eşitdim:

- Elə bil mənə zəng eləmisən. Baxdım gördüm sənin nömrəndi yenidən sənə zəng vurdum.

Sözün düzü, bu səsi eşidəndə sevincimdən gözlərim doldu. Axı bu səsi nə vaxtdandı eşitmirdim, üstəlik də gəzən söz-söhbətlər, şayiələr məni çox narahat edirdi. Xeyli duruxandan sonra dilləndim:

- Sənin səsinə qurban olum, bu səs nə qədər doğma və əzizdir. Allah səni qorusun!

Utandığımdan day demədim ki, dəfələrlə xəstəxanaya gəlmişəm, evə baş çəkmişəm. Ancaq səni ziyarət edə bilməmişəm. Bunların heç birini deməsəm də yaxşı bilirdim ki, çox şeydən Ənvər müəllim xəbərdardı.

O yenidən dilləndi:

- Səsimi eşitdinmi?!

- Eşitdim- dedim.

- Bax, indi get ürəyin harda istəyir de ki, Ənvər müəllimin vəziyyəti lap yaxşıdı. Özümü əvvəlkindən də gümrah və sağlam hiss edirəm.

Əlimi yuxarı qaldırıb Allahıma dua elədim. Dua elədim ki, ilahi, sən nə yaxşı bu cür gözəl insanı yenidən həyata qaytarmısan və ona şəfa vermisən. Onsuz da hər gün səhər yuxudan oyananda onun sağalması üçün Allaha dua edirdim və yadıma İstanbulda olarkən qardaşımın mürəkkəb durumu düşdü. Onda doktor, professor Müzəffər bəy dedi ki, məndən çox Allaha dua edin. Əgər Allah onu sevirsə, qardaşınızı həyata qaytarmaq mümkün olacaq. Biz də səhərə qədər yatmayıb Allaha dua elədik və səhər də analizlərin nəticəsi çox yaxşı oldu, qardaşım da ürək əməliyyatından uğurla çıxdı...

Ənvər Seyidov uzun müddət Ali Məhkəmənin hakimi vəzifəsində çalışıb. Hələ əvvəllər Cəlilabad rayonunda məhkəmənin sədri olub. İndi isə Ağır Cinayətlər Məhkəməsinin hakimidir. Bununla yanaşı, Ənvər Seyidov yazıçı-dramaturqdur. Beş romanı, çoxlu sayda televiziya tamaşaları var. Azərbaycan Pedaqoji Universitetinin professorudur. O gözəl dost, gözəl ailə başçısı, gözəl də insandır. Ənvər müəllimin tərifdən o qədər də xoşu gəlmir. Elə ona görə də bu yazıya nöqtə qoyub Allah-Təaladan ona sağlam ömür, can sağlığı arzulayırıq. Arzulayırıq ki, bizim dostumuz və qardaşımız Ənvər Seyidov xəstələnib bir daha yatağa düşməsin. Həmişə ailəsinin və işinin üstündə olsun!

[email protected]


İmza:

YAZARIN ARXİVİ

2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2017-03-27
2017-03-26


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Qışdan üzüağ çıxa bildinizmi?

Hə (60%)
Yox (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Ana həbsxanada yatan oğluna məktub yazır: "Ay oğul, sən tutulandan sonra bostanı qazan yoxdu, heç kartof da əkə bilmirəm".
Oğlu cavab yazır: "Ana, nəbadə həyətdəki bostanı qazasan, özünü də zibilə salarsan, məni də".
Bir neçə gündən sonra ana oğluna yazır: "Sənin məktubunu alandan sonra 10-15 nəfər polis gəlib həyəti qazıb sonra da söyə-söyə getdilər".
Oğlu: "Ana, bax gördün, mən həyəti qazdırdım, indi kartofu da özün əkərsən".




digər lətifələr
ARXİV
FACEBOOK