ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

ADU-da 20 Yanvar faciəsinə həsr olunmuş növbəti tədbir keçirilib - FOTO

7163    |   2017-01-17 12:47
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yanvarın 16-da Azərbaycan Dillər Universitetində (ADU) universitetin Beynəlxalq münasibətlər kafedrasının təşkilatçılığı ilə 20 Yanvar faciəsinə həsr olunmuş növbəti tədbir keçirilib.

ADU-nun İnformasiya Departamentindən Adalet.az-a verilən məlumata görə, kafedra müdiri, siyasi elmlər namizədi, dosent Samir Həmidov 20 Yanvar hadisəsinin dünya tarixində unikal xarakter daşıdığını bildirərək bunun Azərbaycan xalqının müstəqilliyi uğrunda qəhrəmanlıq mübarizəsi olduğunu qeyd edib. O vurğulayıb ki, 20 Yanvar faciəsini digər faciələrdən fərqləndirən əsas cəhət Azərbaycanın dinc əhalisinin dünyanın ən böyük və güclü dövlətlərindən birinə qarşı silahsız və əliyalın savaşması olub. Bu qanlı olayın azadlıq hərəkatının mühüm bir hissəsi olduğunu diqqətə çatdıran S.Həmidov 20 Yanvar hadisəsi nəticəsində milli kimliyimizi qazandığımızı sözlərinə əlavə edib.

Sosial elmlər kafedrasının professoru Məhəmməd Teymurlu belə bir günün fəxrlə anılmasının şərt olduğunu bildirib, əsarət bayrağımızın hürriyyət bayrağına çevrildiyini bildirib. Professor qanlı hadisənin qurbanlarından birinin də ADU-nun tələbəsi Ülvi Bünyadzadə olduğunu bildirib.

Sonra Beynəlxalq münasibətlər kafedrasının əməkdaşları faciə ilə bağlı fikirlərini bölüşüblər. Tədbirdə faciə nəticəsində Azərbaycan xalqının təfəkkürünün dəyişildiyi, bu hadisəni törədənlərin hərbi cinayətkar olduğu bildirilib, həmçinin 20 Yanvar hadisəsinə ilk siyasi-tarixi qiymətin məhz Ümummilli lider Heydər Əliyev tərəfindən verildiyi söylənilib.



İmza:Sübhan

Jurnalistikanın magistraturasına qəbul olunmaq istəyən bakalavrlara XƏBƏRDARLIQ

Qırğızıstanlı diplomat UNEC-də

BANM Poltava Milli Texniki Universiteti ilə əməkdaşlığı genişləndirir

Çin kulinariyası ilə bağlı master-klass keçirilib

“Kaspi” ilə “Gənc istedadlar” liseyi şagirdlərinin sərgisi açılıb

BANM və ATL Tech şirkəti arasında razılaşma imzalandı

ADU-da ilk Latın Amerikası Film Festivalı çərçivəsində film nümayiş olunub

Türkiyədə Ulu öndərin 95 illiyinə həsr olunmuş beynəlxalq konfransın daha bir bölmə iclası keçirilib

“Opalus Partners” şirkəti UNEC tələbələri üçün təlim keçirdi

Aprelin 15-də keçirilmiş sınaq imtahanının nəticələri açıqlandı

Buraxılış imtahanlarının nəticələri 2 il qüvvədə qalacaq

BANM Beynəlxalq Forum keçirəcək

SON XƏBƏRLƏR
2018-04-21
2018-04-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (46.15%)
"Real" Madrid (53.85%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qız falçının yanında:
- Məni iki oğlan istəyir, Tofiq və Tağı. Deyiniz görüm bunlardan hansının bəxti gətirəcəkdir?
Falçı kartları yayır:
- Tofiqin bəxtı gətirəcək, sən Tağıya ərə gedəcəksən...




digər lətifələr
ARXİV
FACEBOOK