adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
17 Yanvar 2017 14:12
10280
ELM VƏ TƏHSİL
A- A+

BANM-də Layihələrin İdarə edilməsi Məktəbi yaradılacaq

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov BP şirkətinin Sosial investisiya üzrə qrup rəhbəri Kənan Şıxlinski və Twenty Eighty şirkətinin proqram meneceri Ed Hyuzla görüşüb.

BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən Adalet.az-a verilən məlumata görə, görüşdə rektor Elmar Qasımov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyət istiqamətləri, uğurları və perspektiv planlarından danışaraq Ali Məktəbin beynəlxalq əlaqələrinin getdikcə daha da genişləndiyini deyib. Rektor Elmar Qasımov Ali Məktəbin BP şirkəti ilə geniş əməkdaşlığından söz açaraq şirkətlərlə əlaqələrin inkişafında maraqlı olduğunu bildirib.

BP şirkətinin Sosial investisiya üzrə qrup rəhbəri Kənan Şıxlinski və Twenty Eighty şirkətinin proqram meneceri Ed Hyuz Ali Neft Məktəbində tələbələr üçün yaradılan şərait və imkanların yüksək səviyyədə olduğunu bildiriblər. Görüşdə Bakı Ali Neft Məktəbi, BP və Twenty Eighty şirkəti ilə birgə BANM-də Layihələrin İdarə edilməsi Məktəbinin təsis edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Ümumilikdə, 7 moduldan ibarət olacaq bu layihədə müxtəlif sektorlarda çalışan mütəxəssislər üçün layihələrin idarə edilməsi üzrə təlimlərin təşkili və yekunda ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr sertifikatının verilməsi nəzərdə tutulur.