ANA SƏHİFƏ / GÜNDƏM

Ermənistan ordusu sərhəddə "Şmel" odsaçanından istifadə edib

2134    |   2017-01-17 11:46
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Erməni tərəfi növbəti dəfə Azərbaycan-Ermənistan dövlət sərhədində təxribat törədib.

Adalet.az Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, erməni silahlı bölmələri yanvarın 17-də səhər saatlarında Silahlı Qüvvələrimizin bölmələrinin dövlət sərhədinin Tovuz rayonu sahəsindəki mövqelərini "Şmel" reaktiv odsaçandan atəşə tutub.

Hərbi qulluqçularımız arasında itki yoxdur.

Müdafiə Nazirliyi bir daha bildirir ki, erməni tərəfi bu cür təxribatları davam etdirərsə, düşmənə vurulacaq zərbə daha ağır və sərt olacaq.

Piyadalar üçün "Şmel” reaktiv odsaçanı ötən əsrin 80-ci illərində işlənib hazırlanıb, ilk dəfə Əfqanıstan müharibəsində yaraqlıları gizləndikləri mağaralarda zərərsizləşdirmək üçün istifadə olunub və "Şeytan turbası” kimi məşhurlaşıb. "Şmel” reaktiv odsaçanları düşmənin qapalı atəş nöqtələrini sıradan çıxarmaq, yüngül zirehli və təkərli texnikasını vurmaq üçün nəzərdə tutulub, birdəfəlik istifadə üçündür. 93 millimetr kalibrli "Şmel” raketinin hədəfi vurma məsafəsi cəmi 200 metrdir, əsasən yaxın məsafəli döyüşlər üçün işə yarayır. Raketin partlaması nəticəsində yüksək temperatur impulsuz təzyiqin kəskin aşağı düşməsi ilə müşaiyət olunur. Raket düşdüyü yerdə qapalı məkanda 80 kvadratmetr ərazidə, açıq məkanda 50 kvadratmetr ərazidə canlıları məhv edir.

Əgər Ermənistan ordusu sərhədin Tovuz rayonu istiqamətində mövqelərimizə qarşı "Şmel” odsaçanını istifadə etməyə cəsarət edibsə nədən onun cavabı daha dağıdıcı odsaçanla-TOS-1A "Solntsepyok” sistemi ilə verilməsin?







İmza:
SON XƏBƏRLƏR
2017-02-27


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Manatı görən olubmu?

Hə (76.92%)
Yox (23.08%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Məktəbdə valideyn iclasıdır, 

Sinif rəhbəri: - Ötən iclasda qərara aldıq ki, sinifi təmir eləyək. Təmiri maliyyələşdirmək üçün namizədlər Toğrulun, Talehin, Günelin və Nəzrinin ataları idi. Qalib ən varlı ata - Talehin atası oldu. 

 Talehin atası təəccüblə: - Niyə mən? Nəzrinin atası millət vəkilidi, Toğrulun atası icra başçısıdı, Günelin atası isə üç zavodun yiyəsidi. Mən yazıq bazarda alver edirəm. 

 Sinif rəhbəri: - Orası elədi. Amma vergi bəyənnaməsinə görə, ən varlı adam siz çıxdınız.



digər lətifələr
ARXİV
FACEBOOK