adalet.az header logo
  • Bakı 12°C
17 Yanvar 2017 11:37
9181
DÜNYA
A- A+

Misirdə qanlı atışma: Ölənlər var

Misirdə naməlum silahlıların nəzarət-keçid məntəqəsinə hücumu nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb, daha 3 nəfər yaralanıb.

Adalet.az APA-ya istinadən xəbər verir ki, daha öncə 6 hərbçinin öldüyü barədə məlumat yayılmışdı.

Məlumata görə, iki silahlı hərbçilər tərəfindən məhv edilib. İnsident ölkənin cənub-qərb hissəsində, Əl-Xarqa şəhəri yaxınlığında qeydə alınıb.

İlkin ehtimala əsasən, hücumu İŞİD-ə yaxın "Ənsər Beyt əl-Makdis” qruplaşması təşkil edib.