adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
17 Yanvar 2017 11:24
7876
MƏMLƏKƏT
A- A+

“Şamaxinka” istiqamətində hərəkət tam məhdudlaşdırılır – FOTO

Bakının Moskva prospektində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

"Azəravtoyol” ASC-dən Adalet.az-a verilən məlumata görə, aparılacaq təmir işləri və yüksək gərginlikli elektrik xətlərinin dəyişdirilməsi ilə əlaqədar olaraq, 18 və 19 yanvar tarixlərində gecə saat 01:00-dan 03:00-a qədər Moskva prospektində nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq ediləcək.

"Məhdudlaşdırma həm əsas yolda (tunel), həm də köməkçi yollarda ("Şamaxinka”) tətbiq ediləcək. Aparılacaq qısa müddətlik təmir işləri zamanı sürücülər alternativ olaraq "Bakı Dairəvi-1” avtomobil yolundan və ya Biləcəri qəsəbəsinin əsas yolundan istifadə edərək şəhərə daxil ola bilərlər”, – deyə məlumatda bildirilir.