adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
17 Yanvar 2017 11:12
8466
DÜNYA
A- A+

İslam Həmrəyliyi Oyunlarının 23 milyon manatlıq vergi borcu silinib

Vergilər Nazirliyi "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” qanunun 1-ci, 2.1-ci və 3-cü maddələrinə əsasən, faiz və maliyyə sanksiyaları üzrə cari ilin yanvarın 1-nə mövcud olan borcları qeyd-şərtsiz silinmiş hüquqi şəxslərin adlı siyahısını açıqlayıb.

Adalet.az APA-ya istinadən xəbər verir ki, siyahıda Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi (AİSGOC) və Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin (BCOOC) adlarına rast gəlmək olar. Açıqlanan məlumatlara əsasən, AİSGOC-un 22 mln. 676 min 116,1 manat, BCOOC-un isə 845 manat məbləğində borcu silinib.

Qeyd edək ki, BCOOC ötən ilin sentyabr ayının 1-14 tarixlərində Baklıda keçirilən Ümumdünya Şahmat Olimpiadası, AİSGOC isə cari ilin may ayının 12-22 tarixlərində Azərbaycanda keçiriləcək İslam Həmrəyliyi Oyunları ilə əlaqədar yaradılıb.