ANA SƏHİFƏ / İQTİSADİYYAT

İlham Əliyev Dünya İqtisadi Fotumunda iştirak edəcək

3428    |   2017-01-17 09:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu (WEF) başlayır.

Adalet.az  xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev forumunda iştirak etmək üçün yanvarın 16-da İsveçrə Konfederasiyasına işgüzar səfərə gedib.

Bu ilki forum məsuliyyət və məsuliyyətli rəhbərlik şüarı altında keçiriləcək.

Dünyanın aparıcı biznes rəhbərləri və siyası liderləri müasir cəmiyyətin üzləşdiyi ən aktual dünyəvi, qlobal və regional problemləri müzakirə edəcəklər. Forumun proqramına ən aktual qlobal hadisələrə, o cümlədən rəqəmsal iqtisadiyyat, energetikanın gələcəyi, terrorla mübarizə, postmultikultural dövr və s. məsələlərə həsr olunan müzakirələr daxildir.

Hər il təşkil edilən Davos Dünya İqtisadi Forumuna bu il 3000-dən çox nümayəndə qatılacaq və bu, forum tarixində rekord say olacaq. Forum çərçivəsində 400-ə qədər müzakirə aparılacaq.

Forum yanvar 20-də başa çatacaq.



İmza:
SON XƏBƏRLƏR
2017-02-24


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Manatı görən olubmu?

Hə (76.92%)
Yox (23.08%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Məktəbdə valideyn iclasıdır, 

Sinif rəhbəri: - Ötən iclasda qərara aldıq ki, sinifi təmir eləyək. Təmiri maliyyələşdirmək üçün namizədlər Toğrulun, Talehin, Günelin və Nəzrinin ataları idi. Qalib ən varlı ata - Talehin atası oldu. 

 Talehin atası təəccüblə: - Niyə mən? Nəzrinin atası millət vəkilidi, Toğrulun atası icra başçısıdı, Günelin atası isə üç zavodun yiyəsidi. Mən yazıq bazarda alver edirəm. 

 Sinif rəhbəri: - Orası elədi. Amma vergi bəyənnaməsinə görə, ən varlı adam siz çıxdınız.



digər lətifələr
ARXİV
FACEBOOK