ANA SƏHİFƏ / DÜNYA

“Jurnalistlər narkotik testdən keçirilsin”

6148    |   2017-01-16 23:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın mətbuat katibi postuna namizəd Devid Martosko Ağ Evdə işləyən jurnalistlərin narkotik testdən keçirilməsini təklif edib.

Adalet.az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, Devid Martosko jurnalistlərin ildə 2 dəfə narkotik testdən keçirilməsini istəyib.

"Daily Mail Online” internet saytında redaktorluq edən Martosko noyabrın 8-də Trampın prezident seçilməsindən sonra Ağ Evin mətbuat katibi postu üçün namizədliyini verib. O, bu məqsədlə hazırladığı gizli qeydlərdə Trampa müxtəlif tövsiyələr verib. Jurnalistlərin ildə 2 dəfə narkotik testdən keçirilməsi də bu təkliflərdən biridir.

Lakin Tramp Devid Martoskonu deyil, Respublikaçılar Partiyası Milli Komitəsinin keçmiş ictimaiyyətlə əlaqələr üzrə direktoru Sin Spikeri seçib.




İmza:
SON XƏBƏRLƏR
2018-04-21
2018-04-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (46.15%)
"Real" Madrid (53.85%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qız falçının yanında:
- Məni iki oğlan istəyir, Tofiq və Tağı. Deyiniz görüm bunlardan hansının bəxti gətirəcəkdir?
Falçı kartları yayır:
- Tofiqin bəxtı gətirəcək, sən Tağıya ərə gedəcəksən...




digər lətifələr
ARXİV
FACEBOOK