ANA SƏHİFƏ / HADİSƏ

Şəmkirdə qadına qarşı quldurluq edənlər yaxalanıb

2376    |   2017-01-16 22:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Şəmkirdə maskalı halda evə daxil olan quldurlar saxlanılıb.

Adalet.az saytı xəbər verir ki, "ARB Kəpəz"in məlumatına görə, rayonun Qaracəmirli kəndində tənha qadının qızıllarını mənimsəyən "qəhrəmanların" eyni əməli başqalarının da başına açması, sonda quldurların yolunu polisə salıb.

Şəmkir rayonunun Qaracəmirli kəndində edilən quldurluq gecə saatlarına təsadüf edib. 2 nəfər maskalı şəxs kənd sakini Ziyafət Ağayevanın evinə girərək qadına soyuq silahla hədə-qorxu gəliblər. Çəkinməyərək cəld tərpənən qadın onların üzərindəki örtüyü çıxarmağa çalışsa da əks-hücumla qarşılaşıb. Zərərçəkənin sözlərinə görə, naməlum şəxslərdən biri onu boğmağa cəhd etsə də niyyətinə çata bilməyib. Qadının öz canının hayında olduğu müddətdə evdə aparılan axtarış nəticə verməyincə, gözlərini qadının barmağındakı qızıl üzüyə dikiblər.

Zemfira Ağayeva- zərərçəkən şəxs: "Əvvəlcə qapının birini, sonra isə o birisini təpiklə vurub açıblar. Vuran kimi bıçaqla üstümə gəldilər. Biri gecə lampasını söndürdü. O biri isə, bıçağı boğazıma dirədi ki, pulun yerini de. Mənim pulum yoxdur dedim. Dedi: onda bəs maşının pulu haradadır. Dedim hamısını borca vermişəm”.

Hadisədən sonra cinayət baş verən ünvana Şəmkir rayon polis şöbəsinin Kür bölməsinin əməliyyatçıları gəlib. Zəruri istintaq hərəkətlərindən sonra əməliyyat tədbirlərinə başlayan polis, şübhəli kimi Qaracəmirli kənd sakinləri 24 yaşlı Şəhriyar Quliyevi və 22 yaşlı Tehran Həsənovu saxlayıb. Dindirilən hər iki şəxs törətdikləri cinayəti etiraf ediblər. Əvvəlcədən planlaşdırılan quldurluq Ziyafət Ağayevanın rəhmətə gedən həyat yoldaşına məxsus avtomobilin satılmasından yaranıb.

Şəhriyar Quliyev- saxlanılan şəxs: "İçəri keçib pul və qızıl tələb etdim. Dedi ki, pulum yoxdur. Sonra dedim qızılları ver. O da qızılları vermək istəmədi. Dedi ki, yadigarımdır”.

Ortağı ilə həmfikir olan Tehran Həsənov isə qadına etdiyi humanistliyindən danışıb.

Tehran Həsənov- saxlanılan şəxs: "Üzündən maskasını cırdı. O da balıncı üzünə tutdu. O da boğuldu. Balıncı götürəndən sonra gördü arvad boğulur. Dedi mənə su ver. Mən də sobanın üstündən çaydandan su götürüb verdim”.

Araşdırmalar Şəhiyar Quliyevin bir neçə cinayətdə əli olduğunu ortaya çıxarıb. O, digər həmkəndlilərinin qəniminə çevrilib.

Dəstə üzvlərinin həmçinin, bu ilin sentyabr ayında Qaracəmirli kənd sakini Sübhan İbrahimovun yaşadığı mənzildən 2 min manat dəyərində qızıl zinət əşyaları oğurladığı da ortaya çıxıb. Artıq hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib.




İmza:
SON XƏBƏRLƏR
2017-02-22
2017-02-21


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Manatı görən olubmu?

Hə (76.92%)
Yox (23.08%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ağdamda məşhur bir Çayçı Zeynal vardı. Adi bir çayçı olmasına baxmayaraq, rayonda böyük hörmət- izzət sahibi idi. Bir gün anası deyir ki, ay oğul, bir yır-yığış edin, vallah, mən ölürəm.

Çayçı Zeynal:

- Saa qurban olum, qışın bu şaxtasında ölüb-eləmə. Vallah, bu qarda-qiyamətdə yasa gələnlər söyə-söyə gəlir.

Bir az keçir. Anası deyir ki, a bala, vallah, ölürəm.

- Saa qurban olum, ay ana, Novruz vaxtıdı, camaat bayram edir, deyir-gülür, qonaq gedir. Camaatın bayramını korlama da.

Bir az keçir, arvad yenə deyir, ay bala, ölürəm axı!

- Rəhmətliyin qızı, yayın bu cırhacırında, hərə bir tərəfdə, istirahətdə, kefində- damağında, heç mağar qurmağa adam da tapılmır. Özü də sənin yasını kim aparacaq? Molla Rəşid əmi də odey Yesentukidədi.

Üstündən bir az da vaxt keçir, arvad deyir, a köpəyoğlu ölürəm axı?!

- Ay arvad, bu dəqiqə toyların qızğın vaxtıdı, qonum-qonşu, qohum-əqrəba bu dəqiqə hər yerdə toydu. İndi kimin toyuna vay salaq, kimin toyunu saxlayaq bu payız vaxtı? Adamın goruna söyərlər.

Anası bir az baxır-baxır və deyir:

- Vallah, bu gədə məni avara qoyub.





digər lətifələr
ARXİV
FACEBOOK