ANA SƏHİFƏ / GÜNDƏM

Səhiyyə Nazirliyi ana ölümü ilə bağlı məlumat yayıb

3925    |   2017-01-16 22:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Səhiyyə Nazirliyi Bakının Xəzər rayonunda baş vermiş ana ölümü ilə bağlı məlumat yayıb. 

Adalet.az saytı xəbər verir ki, Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədovanın APA-ya bildirib ki, Qala qəsəbə sakini 37 yaşlı Şabanova Günay Vahab qızı vaxtı çatmış 39 həftəlik hamiləliklə, uşaqlıq qanaxması, ölü döl diaqnozu və 4-cü dərəcəli şokla qohumları tərəfindən Mərdəkandakı 26 saylı Birləşmiş Şəhər Xəstəxanasına gətirilib.

Onun sözlərinə görə, mərhum evdə çoxlu qan itirib: "Yanvarın 14-ü səhər saat 06.00 radələrində xəstə təxirəsalınmaz əməliyyata götürülüb. Lakin əməliyyatın gedişi zamanı, aparılan reanimasiya tədbirlərinə baxmayaraq 06.25-də xəstənin ürək fəaliyyəti dayanıb. Meyit təşrih üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Xəzər rayon şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılıb, nəticələri barədə yaxın vaxtlarda məlumat veriləcək”.

 


İmza:
SON XƏBƏRLƏR
2018-04-26
2018-04-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (40%)
"Real" Madrid (60%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Arvad ərinə:
- Əzizim, işdə bizə zərərli işə görə 15% əlavə pul ödəyəcəklər.
- Sən getdin ordakıları da zəhərlədin?




digər lətifələr
ARXİV
FACEBOOK