ANA SƏHİFƏ / GÜNDƏM

Aydın Əliyev gömrük idarələrini yoxlayıb

4075    |   2017-01-16 22:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev İranla dövlət sərhədində yerləşən Biləsuvar və Astara gömrük idarələrində mövcud vəziyyətlə tanış olub.

Komitənin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, Azərbaycan prezidenti İlham Əliyevin dövlət sərhədindən buraxılış məntəqələrində gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi barədə verdiyi tapşırıqların icra vəziyyəti və bu istiqamətdə görülmüş tədbirlərin səmərəliyinin qiymətləndirilməsi məqsədilə dövlət sərhədindən keçən şəxslər, o cümlədən yük avtomobillərinin sürücüləri ilə söhbətlər edilib, onları narahat edən məsələlər öyrənilib.

Dövlət sərhədindən keçən şəxslər, yük avtomobillərinin sürücüləri buraxılış məntəqələrinin şəraiti, eləcə də gömrük rəsmiləşdirilməsi ilə əlaqədar problemlərinin olmadığını bildiriblər.

A.Əliyevin rəhbərliyi ilə Biləsuvar və Astara gömrük idarələrində xidməti müşavirə keçirilib.

Sərhədkeçmə məsələlərinin daha da təkmilləşdirilməsi, son zamanlar tranzit yükdaşımaların həcminin artması ilə əlaqədar ortaya çıxan məsələlərin operativ həll edilməsi, dövlət sərhədindən keçən şəxslər, nəqliyyat vasitələri və yüklər üzərində gömrük nəzarətinin daha səmərəli təşkilinə dair konkret tapşırıqlar verilib.



İmza:
SON XƏBƏRLƏR
2017-06-24
2017-06-23


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Azərbaycanda futbol oynayırlar yoxsa top-top?

Futbola - HƏ (25%)
Top-topa - YOX (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Məhkəmə 85 yaşlı kişiyə iş kəsir. Həbsxanada soruşurlar:
- Necə oldu ki, bura düşdün?
- Zorlama maddəsi ilə.
- Bu yaşda?
- Yox ee, ittiham aktında yazılanlar xoşuma gəldi, dərhal razılaşdım.




digər lətifələr
ARXİV
FACEBOOK