adalet.az header logo
  • Bakı 19°C
16 Yanvar 2017 21:24
4041
HADİSƏ
A- A+

Ağdamda 56 yaşlı qadın intihar etdi

Ağdamda 56 yaşlı qadın özünü asaraq intihar edib.

Adalet.az apa-nın Qarabağ bürosuna istinadən məlumat verir ki, hadisə rayonun Ücoğlan kəndində baş verib.

Kənd sakini, 1961-ci il təvəllüdlü Nəcəfova Razidə Çərkəz qızı yaşadığı evin həyətindəki tikilidən özünü asıb. Övladları R. Nəcəfovanı ölmüş halda həyətdəki tikilidən asılı görüblər və Ağdam Rayon Polis Şöbəsinə xəbər veriblər.

Ağdam Polis Şöbəsindən verilən məlumata görə, R. Nəcəfovanın üç övladı var və onun psixoloji problemi olub.

Faktla bağlı Ağdam Polis Şöbəsində araşdırma aparılır.