adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
16 Yanvar 2017 21:54
11855
DÜNYA
A- A+

Türkiyədəki partlayışda ölü sayı artıb - VİDEO - YEİLƏNİR

Türkiyənin cənub-şərqində yerləşən Diyarbəkir şəhərində partlayış baş verib.

Adalet.az-ın NTV telekanalına istinadən verdiyi məlumata görə, 1 polis əməkdaşı həlak olub, 7 nəfər yaralanıb.

Partlayış Dəclə Universitetinin binasının yerləşdiyi rayonda baş verib.

Terrok aktı olduğu bildirilən partlayışın səbəbləri hələlik məlum deyil.

Hadisə yerinə təcili tibbi yardım maşınları və xilasedicilər cəlb edilib.

Bundan başqa, PKK terror təşkiları tərəfindən Şırnak şəhərinin Dəclə məhəlləsində kanalizasiya xəttindən yerləşdirilən əldəqayırma partlayıcı qurğu işə düşüb.

Trend-in "Haber 7" qəzetinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 5 nəfər xəsarət alıb. Türkiyənin Diyarbəkir şəhərində törədilən terror aktı nəticəsində ölənlərin sayı artıb.

Son məlumatlara görə, partlayış nəticəsində 4 nəfər ölüb, 2 nəfər yaralanıb.

***

Türkiyənin Diyarbəkir vilayətinin Sur rayonunda yol kənarında quraşdırılmış partlayıcı polis avtomobili keçərkən işə salınıb.

PKK terrorçularının törətdiyi partlayış nəticəsində 3 polis şəhid olub, 3-ü isə yaralanıb.

Hüquq-mühafizə orqanları terror aktı ilə bağlı təhqiqata başlayıb.

Türkiyənin Diyarbakır bölgəsində partlayış baş verib.

Hadisə Dəclə Unversitetinin yanında baş verib.

PKK-lı terrorçular tərəfindən yerləşdirilən partlayıcı qurğu polis texnikasının hərəkəti zamanı işə düşüb. Partlayış nəticəsində 1 polis şəhid ölüb, 9-u yaralanıb.

Eyni zamanda PKK terror təşkiları tərəfindən Şırnak şəhərinin Dəclə məhəlləsində kanalizasiya xəttindən yerləşdirilən əldəqayırma partlayıcı qurğu işə düşüb. Hadisə nəticəsində 5 nəfər xəsarət alıb.

S