adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
16 Yanvar 2017 19:53
10870
İDMAN
A- A+

Futzal üzrə Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərilib

Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Ziller Junior Milton Luiz ilə yollar ayrılıb.

Adalet.az xəbər verir ki, Report-un məlumatına görə, baş məşqçinin özü ailə vəziyyəti ilə əlaqədar AFFA rəhbərliyinə müraciət edib.

Qurum rəhbərliyi mütəxəssisin müraciətini müsbət dəyərləndirib və müqaviləyə xitam verilib.

AFFA rəhbərliyi ona gördüyü işlərə və yığma komandaya qazandırdığı uğurlara görə təşəkkür edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.