adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
16 Yanvar 2017 20:00
7563
MƏMLƏKƏT
A- A+

Sabah Bakının bir hissəsində qaz olmayacaq

Yanvarın 17-də saat 10:00-dan 18:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Hərbi-hissə” (Xaşa-xuna) və "Zeytun” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Adalet.az SOCAR-a istinadən xəbər verir ki, təmir işlərinin Bakı şəhəri Xəzər rayonunun Xaşaxuna Bağ massivi, Şüvəlan və Qala qəsəbələrinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.