adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
16 Yanvar 2017 18:01
6654
SİYASƏT
A- A+

Nəcməddin Sadıkov Brüsselə gedib

Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov NATO-nun Hərbi Komitəsinin "Qətiyyətli dəstək” və "Uyarlılıq platforması” formatlarında təşkil ediləcək görüşlərdə iştirak etmək üçün Belçikanın Brüssel şəhərinə gedib.

Bu barədə Adalet.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbir yanvarın 17-də NATO-nun Mənzil-Qərargahında Baş Qərargah rəisləri səviyyəsində keçiriləcək.