adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
16 Yanvar 2017 17:23
7402
DÜNYA
A- A+

Meksikada musiqi festivalı zamanı atışma: Ölən var

Meksikanın Playa-del-Karmen kurort şəhərində BPM musiqili festival zamanı ən azı beş nəfər ölüb.

Adalet.az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.

Şahidlərin sözlərinə görə, ölənlərin sayı 12-yə çata bilər. Xəsarət alanların sayı dəqiq məlum deyil.

İlkin məlumata görə, baş verənlər terror aktı deyil. KİV-in məlumatına görə, ən azı səkkiz atəş səsi qeydə alınıb.