adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
16 Yanvar 2017 16:13
10683
MƏMLƏKƏT
A- A+

QRİPƏ YOLUXMAQ İSTƏMİRSİNİZSƏ…

Axır vaxtlar ölkəmizdə qripə yoluxanların sayı bir xeyli çoxalıb. Onsuz da həmişə qış vaxtı qrip olanların sayı artır. Bu da təbii ki, müəyyən xəstəlik törədici viruslarla bağlıdır. Çünki soyuq hava şəraitində kəskin resperatur viruslar daha da çoxalır və yayılır. Belə bir durumda hər hansı adam xəstələnə bilər. Xüsusən də uşaqlar və yaşlı insanların immunitetləri zəif olduğuna görə qripə daha çox yoluxurlar.

Bir çoxlarımız qripi ayaq üstə keçiririk. Yəni başqa sözlə demiş olsaq, biz onu «saymırıq». Aydındır ki, xəstəliyi də «saymayanda» və ondan özünü qorumayanda bunun fəsadları daha ağır və daha uzun çəkir. Son vaxtlar isə qripə yoluxanların sayı əvvəlki vaxtlarla müqayisədə daha çox artıb. Özü də mütəxəssislərin dediyinə görə, qripə yoluxanlar daha gec sağalıb ayağa qalxırlar. Birincisi, bir çoxlarımız bayaq dediyimiz kimi bu xəstəliyə məhəl qoymuruq. Yəni onu ayaq üstə keçirməyə çalışırq. Təbii ki, ayaq üstə keçirilən xəstəlik isə gec sağalır və adamı zəiflədir.

Ümumiyyətlə, qrip virusu çox təhlükəli bir xəstəlikdir. Avropada bu xəstəliyə yoluxanlar ciddi müayinə olunur və müalicə edilirlər. Çünki müalicə olunmayan qrip xəstəliyi sonradan orqanizmdə müxtəlif fəsadlar yaradır. Ya insanın ürəyini zədələyir, ya ağ ciyərində iz qoyur, ya da digər orqanlarını sıradan çıxarır.

Belə bir durumda hər bir insan öz sağlamlığı haqqında dərindən düşünməlidir. Mütəxəssislər indiki yayılan qripin daha təhlükəli və daha kəskin olduğunu bildirirlər. Onların dediyinə görə, bu qrpi virusunun adı «Honkon»dur. Deməli, xəstəliyə yoluxmuş hər hansı insan bunu özbaşına müalicə etməməli və mütləq həkim müayinəsindən keçməlidir. Həkimin müayinəsindən sonra müalicəyə başlamalıdır.

Kimi dindirirsən deyir ki, üç dəfə qrip olmuşam, hələ də sağalmamışam. Yəni bir az babatlaşıram, işə gedib qayıdandan sonra yenə özümü pis hiss eləyirəm. Hansı ki, bayaq dediyimiz kimi, bu qrip daha təhlükəlidir və onunla ehtiyatlı davaranmaq lazımdır. Hətta bəzi həkimlər deyirlər ki, bu cür qripdən insan ölə də bilər. Və təsadüfi deyil ki, dünyada hər il qripdən yüz minlərlə insan dünyasını dəyişir.

Bizdə insanların həkimlər tərəfindən maarifləndirilməsi də bir o qədər qənaətbəxş deyildir. Hansı ki, özəl televiziya kanallarında müxtəlif xəstəliklərlə bağlı hər gün bayağı verilişlər təşkil edilir, həkimlər söhbət aparır və kimlər isə reklam edilir. Ancaq bir aydan çoxdur ki, ölkədə qrip virusu tüğyan eləyir, bu xəstəliklə bağlı əhali mütəmadi olaraq həkimlər tərəfindən maarifləndirilmir. Düzdür, bir-iki həkim bu xəstəliklə bağlı müxtəlif fikirlər səsləndiriblər. Amma bizim fikrimizcə, bu da problemi yetərincə həll eləmir.

Qripə yoluxmuş insanlar isə özlərini müalicə etdirməməklə bərabər ətrafdakıları da bu virusa yoluxdururlar. Yəni onlar avtobusda, metroda olarkən qoruyucu vasitələrdən istifadə etmir, asqırıb və öskürərkən həmin viruslar digər insanlara keçir. Deməli, ictimai nəqliyyatda və kütləvi yerlərdə olarkən sağlam insanlar özlərini qorumalıdılar. Çünki xəstələnib bu virusdan əziyyət çəkənlər özlərini qorumur və xəstəliyi ətrafa yayırlar.

Ümumiyyətlə, bizdə insanların səhiyyə maariflənlirilməsi bayaq dedyiimiz kimi, yetərli səviyyədə deyil. Aylarla biri xəstəlikdən əziyyət çəkir, nə həkimə müraciət edir, nə də özünü qoruyur. Üstəlik də bir başqası onun xəstəliyinin qurbanı olur. Qripə yoluxmamağın bir neçə səbəbləri var. Ən başlıcası insanlar bu virusdan özlərini qorumaq üçün vitaminlərlə zəngin qidalar qəbul etməli, xəstə vaxtı isə maye qəbul etməlidilər. Ən yaxşısı isə xəstələnməmək üçün kültəvi yerlərdə ehtiyatlı olmaq lazımdır. İşdən evə qayıdanda əllərini möhkəm yumalı və qida rasionuna fikir verilməlidir. Bütün bunlardan sonra bu təhlükəli virusdan qorunmaq mümkündür. Sadəcə olaraq xəstələnməmək üçün gigiyenik və sanitar qaydalara əməl etməklə yanaşı, düzgün qidalanma da önəmli əhəmiyyət kəsb edir.

Faiq QİSMƏTOĞLU