adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
16 Yanvar 2017 15:38
13510
ƏDƏBİYYAT
A- A+

NAZİM HİKMƏTİN 115 YAŞI TAMAM OLDU

Təkcə Türk dünyasının deyil, eləcə də bütün dünyanın dahi şairi Mavi Gözlü Devin yanvarın 15-də 115 yaşı tamam oldu. Sovet hökumətinin asıb-kəsən vaxtında, «türk» deyənin dilini dilçəyindən çıxaranda, minlərlə azərbaycanlını «pantürkist» adlandırıb güllələyəndə, Sibirdə çürüdəndə Azərbaycan xalqı Türkiyənin qoxusunu Nazim Hikmətdən alırdı. Səsi Türkiyənin səsi idi, üzündəki nur Türkiyənin nuru idi, nəfəsi Türkiyənin nəfəsi idi. Kim bilir bəlkə də Nazim Hikmət olmasaydı Türkiyəni bu qədər sevməzdik.

Bugünki qəzetimizdə mən öz köşə yerimi Nazim Hikmətə bağışladım.