Aqil ABBAS:KÜRD BALASI TÜRKİYƏNİN RƏMZLƏRİNDƏN BİRİNƏ ÇEVRİLDİ

AQİL ABBAS
641936 | 2017-01-11 15:19

Yüz il bundan öncəOsmanlını dağıdan güclər indi də Atatürkünaz qala bütün dünya ilə savaşıb yaratdığı Türkiyəni parçalamaq üçün min bir planüzərində işləyirlər: «A» planı, «B» planı,«C» planı, «D» planı… Yəni biri baş tutmayanda başqa bir plan işə düşür.

Bu planlardan biriqardaş ölkəni iç savaşa sürükləmək, türk-kürdqarşıdurmasına nail olmaqdır. Və bunun üzərində az qala 30 ildən çoxdur iş gedir. Amma nə qədər çaba göstərsələr də istəklərinə nail ola bilmirlər.Və inşallah da nail ola bilməyəcəklər. Dünya güclərinin birləşib yaratdıqları vəən müasir silahlarla silahlandırdıqları PKK-nın30 ildən artıqdır törətdiyi terrorlarda birişə yaramır. Hamıya gün kimi aydındırki, PKK kürd xalqına xidmət etmir. Əksinə,kürd xalqına daha böyük zərbələr vurur.Və statistikanı araşdırsalar ortaya çıxarki, PKK-nın qətlə yetirdikləri, şəhid etdikləri terror qurbanlarının sırasında kürdlərin sayı heç də türklərin sayından az deyil.Və PKK-ya qarşı mübarizədə həm Türk Silahlı Qüvvələrinin, həm jandarm və polis qüvvələrinin, eləcə də qorucularıniçində kürdlər türklərlə bərabər vuruşur. Diqqət eləsəz elə qorucuların bəlkə də 70 faizi kürd əsillidirlər. Yəni Türkiyədə türk-kürd ayırımçılığı yoxdur. Həm Osmanlınındünyaya hökmranlıq etdiyi dönəmdə, həm İstiqlal savaşında, həm Çanaqqalada qardaşkimi kürək-kürəyə verib birgə savaşıblar,bir bütün olublar.

Ona görə də qaziMustafa Kamal Paşa deyir: «Türk qurtaran yerdə kürd başlayır, kürd qurtaran yerdətürk!»

Ən qatı türk milliyyətçisi(irqçi yox ha, milliyyətçi) Başbuğ Alparslan Türkeş deyir: «Türk hara qədər türkdürsə,kürd də ora qədər türkdür. Kürd hara qədər kürddüsə, türk də o qədər kürddür».

Heç uzağa getməyək.Türkiyə iqtisadiyyatının inkişafının təməlini qoyan, bügünkü Türkiyənin iqtisadicəhətdən qüdrətli bir ölkəyə çevrilməsindəəvəzsiz xidməti olan və qardaş ölkəni dünyaya açan rəhmətlik Turqut Özal da kürdidi. 90-cı illərdə PKK-ya qarşı vuruşanların ön sırasında yer alan Sadat Bucaq dakürddü…

… Sadat Bucaq1996-cı il noyabrın 3-də Susurluqda Abdulla Çatlıya qarşı törədilən terrorda (təəssüf ki, bunu terrorkimi yox, sıradan bir avtoqəza kimi hallandırdılar) ağır yaralanmışdı…

… Fetih Sekin! İndibu fədakar polis işçisi Türkiyənin rəmzlərindənbirinə çevrilib. O öz canını qurban edərək İzmir Ədliyyə Sarayında həyata keçirilməsinəzərdə tutulan dəhşətli bir terrorun qarşısını aldı. Əgər terrorçular bomba yüklümaşını ədliyyə binasına çırpıb (özü də həminyerdə yüzə yaxın insanın yemək yediyi lokanta da var) partlatsaydılar kimbilir bəlkə onlarla, yüzlərlə insan həlak olardı. Amma bu qəhrəman polis işçisianında bomba yüklü maşının fərqinə vardı,qarşısını kəsdi, nəticədə terrorçular maşınıavtoparkda partlatdılar. Və Fetih Sekin terrorçularla son damla qanına qədər atışdı. Üç terrorçunun ikisini öldürdü, özünün isə gülləsi qurtardı və şəhid oldu. 40 yaşlı bu qəhrəman, üç uşaq atası öz canını yüzlərlə cana qurban verdi.

Elazığ doğumlu idi.Elazığdakı evləri müqəddəs Türk bayrağınabələnmişdi və anası oğluna kürdcə ağı deyirdi.

Bəli, bir kürd balasıözünü qurban verdi ki, onlarla, yüzlərlətürk yaşasın!

Kürd xalqının övladı Fetih Sekindir, PKK-çılar deyil!

P.S. 90-cı illərin əvvəllərində məlum qüvvələr separatizm oacaqlarıqalamağa çalışdılar. Milli ayrı-seçkiliksalmaq üçün əllərindən gələni əsirgəmədilər.Və elə indi də çaba göstərirlər. Alınmaz!Birinci Qarabağ savaşında həmin qüvvələrə layiqli dərs verildi. Azərbaycanın ərazi bütövlüyü uğrunda Ermənistan ordusuna qarşıdöyüşdə türkü, talışı, kürdü, rusu, ləzgisi,avarı, yəhudisi çiyin-çiyinə vuruşdular: Azərbaycan naminə! Yüzlərlə, minlərlə şəhidverdilər, Azərbaycan naminə «uf» demədən canlarından keçdilər.

Belə getsə, ikinci Qarabağ savaşı da qaçılmazdır. Qarabağı Azərbaycanxalqı türkü ilə, talışı ilə, kürdü ilə, rusu, ləzgisi, avarı, yəhudisi ilə birlikdə azad edəcək.Yenə çiyin-çiyinə, bir bayraq altında!

Qarabağı birlikdəazad edəcəyik! Yuxa qulağı sulayanlar da eləyuxa qulağı sulaya-sulaya qalacaqlar.


TƏQVİM / ARXİV