Aqil ABBAS: KQB LƏĞV OLUNSA DA İNDİ HAMI KEQEBEŞNİKDİ

AQİL ABBAS
70993 | 2017-01-15 15:16

Əvvəl hamının qorxacağıbir yer vardı, o da KQB idi. Hamı deyəndə bir az düz alınmır: yüksək vəzifədə olanlar,dövlət malını talayanlar, alverçilər, yasaqişlərlə məşğul olanlar. İndi day insanlar KQB-dən qorxmurlar, bir-birlərindən qorxurlar.Kəsəsi, hamı-hamıdan qorxur. Əmioğlusundanqorxur, dayıoğlusundan, iyirmi ildi çörək kəsdiyi dostundan, iş yoldaşından, avtobusdagedəndə yanındakından.

Hərənin cibində birdiktafon, sinəsində nişan kimi taxdığı kamera, telefonun diktafonu, telefonun videoçəkəni,əlində tutduğu qələm, barmağındakı üzük. Nə bilim, o qədər pəstaha çıxarıblar ki,sayıb qurtarmaq olur.

Daha insanlar səmimidanışmaqdan qorxurlar, zarafat etməkdən qorxurlar. Hətta ailə üzvləri ilə telefonladanışanda qorxur ki, hardasa dinləyən var. Restoranda çörək yeyəndə qorxur, hamamdaçiməndə qorxur ki, kimsə onun yarıçılpaq şəklini çəkər, çimərliyə getməkdən də qorxur, bəzən həttatoyda oynamaqdan qorxur.

Bir sözlə, qorxa-qorxayaşayırıq.Elə bil insanların başı üzərində bir kabus dolaşmaqdadı. Elə belə yox,elə belədi. İnsanların başı üstündə kabus dolaşır.

Hələ bir təzə məsələdə çıxıb ortaya. Ali məktəblərdə auditoriyalara kameralar qoyublar, hamını izləyirlər. O auditoriyada müəllim səmimi olabilərmi? O auditoriyada tələbə tələbəliyin kefini çıxara bilərmi? O auditoriyada müəllimlə tələbədost kimi söhbət edə bilərmi? Müəllim də robotdu artıq, tələbə də.

Bir də baxıb görürsənki, bir məsum müəllimi, ya həkimi, ya danə bilim bir avtobus sürücüsünü, gecə səhərədəkyatmayıb asayişimizi qoruyan sıravi bir polis işçisini hansısa anda yaxaladılar, saytlar, sosial şəbəkələrpartladı: müəllim uşağın qulağını çəkirmiş,filan məktəb direktorunun videosu var, filankəs nərdtaxta oynayanda zərə söyüb,polis kobudluq edib. Deməli, polisə olunan kobudluğu, təhqiri, müqaviməti göstərmirlər, polis müqavimət göstərəni məcburi şəkildə şöbəyə aparanda partladı ey saytlar,sosial şəbəkələr. Hətta iş getdi çıxdı Avropa İnsan Haqlarına, orda da bir sürübekar adamlar, him axtaranlar.

Hamı bir-birini videoyla,səs yazısıyla hədələyir. Məktəb direktoru müəllimini, müəllim məktəb direktorunu,qəzetəçi hər ikisin, bloqqerlər hamını.

Sovet vaxtı belə bir zarafat vardı ki, bir adama iki keqebeşnik düşürdü. İndi az qalabir adama dörd-beş belə keqebeşnik düşür. Artıq insanlar danışmaqdan qorxurlar.Dediyi sözü kontekstdən çıxart at ortalığa.

Hətta ABŞ-ın çiçəyiburnunda prezidenti, hələ kreslosuna oturmağa səkkiz gün var. CNN hətta onu da hədələdi ki, 2013-cü ildə Moskvadaolanda rus qızlarıyla kef eləyib, videosu var. Amma Tramp da Trampdı, sözündən beləçıxdı ki, yaxşı eləmişəm.

Belə ürkək-ürkəkhara gedib çıxacağıq, heç yeri-göyü yoxdan xəlq edən Tanrı da bilmir. O da qorxur, birdən onun da birvideosunu tapıb çıxararlar. Necə ki, Onun göndərdiyi müqəddəs Kitabları təftiş eləyibOnu haqsız çıxarırlar. Və ona da mız qoyurlar ki, insanı Tanrı yaratmayıb, meymundanəmələ gəlib. Və bunu deyənlər elə təbii ki, meymundan əmələ gəlib də.

İçərikimsə girdi, day arxasını yazmağa qorxdum.


TƏQVİM / ARXİV