adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Aqil ABBAS:TERRORA ƏN BÖYÜK ZƏRBƏ TÜRKİYƏDƏ TELEVİZYONLARIN QAPADILMASIDI

AQİL ABBAS
307453 | 2017-01-12 15:15

Türk televiziya kanallarına baxmaq mümkün deyil. Hərsəhər tezdən gecə saat 12-dək millətin üstünəzəhər-zəqqum tökülür. Elə bilmillətin qəsdinə durublar. Qan, qada,ölüm, atışma, zorlama, baş kəsmək, terror… Elə bil o boyda Türkiyədə xoş, sevindirici bir hadisə yoxdu. Yox, hərdən bir lent kəsmə var , bir də liderlərin pafoslunitqləri, ulusa səslənmələri.

SSRİ vaxtında«Litqazeta»da belə bir replika getmişdi «12 stul» səhifəsində. Gərək ki, İvanov yazmışdı: «Yaponiyada balıq qurtaranda dənizə çıxıb balıq tuturlar. SSRİ-də balıq qurtarandaSiyasi Bürodan tutmuş kiçik rayonların bürolarına qədər və təşkilatlarda yığılıb günlərlə iclas keçirirlər ki, balıq niyə qurtarıb?»

İndi hərterrordan sonra qardaş Türkiyədə də etiraz mitinqləri, etiraz yürüşləri, uzunluğu bir kilometrə çatan bayraqlar və sair və ilaxır. Çox yaxşı,xalq etirazını nəsə bir yolla bildirir.

Cümhurbaşkanlığının bəyanatı, baş bakanlığın bəyanatı, Türk SilahlıQüvvələrinin bəyanatı, İç işləri bakanlığınınbəyanatı, Kılıçdaroğlunun bəyanatı, DövlətBaxçalının bəyanatı…

Amma bu etirazlarla, bu bəyanatlarla terrorun qarşısını almaq olmur axı. Dənizə çıxıb balıq tutmaq lazımdı.

Televizyonlarda terrorçuların sifətinə iş…k əvəzinə, əlinəişləyirlər. Dünyanın hər yerində terror törədilir.Həmin ölkələrin televiziyalı neyləyir? Terrorla bağlı məlumatı işıqlandırır, hadisəyerindən reportaj verir, sonra da terrorçularınələ keçirilməsi ilə bağlı xəbərləriyayımlayır. Uzaqbaşı, bir etiraz yürüşünüdə göstərir.

Heç uzağa getməyək, qonşu Rusiyadaterrorla bağlı telekanalların yaydığı məlumatları, xəbərləri, süjetləri gözünüzünqabağına gətirin.

HansısaAvropa ölkələrində, eləcə də Rusiyada terrordan sonra həlak olanların yas yerlərindən reportajgörmüsünüzmü? Anaların, bacıların, qardaşların, ataların tabutlarıqucaqlayıb hönkür-hönkür ağladığınıgörmüsunüzmü? Və sair və ilaxır.

Amma qardaşölkənin televizyonları! Bütün günü bir şəhidinanasının üz-gözünü cırmasını, saçlarını yolmasını,cikkə çəkib ağlamasını, tabuta sarılıb ürəyinin getməsini, bacı-qardaşlarının, övladlarının qandonduran göz yaşlarını , şəhidin son məktubunu,son mesajını, nakam taleyini, saymaqla qurtarırki, bəlkə yüz dəfəfırlayırlar . İndi fikirləşin ki,bu bir şəhid deyil. Keçən həftə 44, bu həftə 14 şəhid. Türkiyətelevizyonlardan axan göz yaşları içində boğulur. Televizyonlar milləti əzir, terrorçuların əkməyinəisə yağ sürtür. O terrorçu və ya terrorçular o şəhidlərin analarınıngöz yaşlarını görmək istəyir, necəfəğan eləmələrini görmək istəyir, övladlarının ahını görmək istəyir, sevgililərininvə sevdiklərinin ölmüş sifətlərini görmək istəyir. Və bundan nəşələnir, bundan həzz alır, yeni terrorlar törətməyə həvəslənir.Terrorçular çox gözəl bilirlər ki, terrorla heç nəyə nailolmaq mümkün deyil və indiyədək dəmümkün olmayıb. Onların nail olmaq istədikləribax, o göz yaşlarını görməkdi, anaların fəryadınıeşitməkdi, xalqı vahimə içində saxlamaqdı. Qabaqlarında viski, telekanallarabaxıb ləzzətlə əməllərini görməkdi. Qardaşölkənin televiziya kanalları da onlara buləzzəti bütün gücü ilə yaşadır.

Bir Radio-Televiziya Üst Qurumu var, hər terrordan sonra bir yayın yasağı gətirir. Nəyi yasaqlayırsan? Yasaqlanmalıbir şey varsa, o da yuxarıda yazdıqlarımızdı.

Səhər-səhər «Fox»a baxıram, böyük oğlum əsəbləşir ki, niyə baxırsan. Deyir, görmürsən, aparıcı elə bil xoş hadisə danışır, Elə bilterror hadisəsi kanalınreytinqini qaldırdığına görə sevinir. Elə NTV-si də belədi, Şousu da, Starı da, aTV-sidə.

Sonra da televiziya kanallarında iki-üçsaat canlı yayımda terrorun kökünü necə kəsmək barədə müzakirələrbaşlayır. Müzakirələrdə kimlər iştirak edir? Türkiyənin Əflatun Amaşovu, Vüqar Səfərlisi, Rauf Arifoğlusu, Rəşad Məcidi, Aydın Quliyevi, Aqil Abbası, Bəhruz Quliyevivə sair və ilaxır, bu kanaldan o kanala, o kanaldan bu kanala. Terrorun kökününnecə kəsilməsinə qəzetəçilər yol göstərir.Qəzetəçi hansısa bir məsələdə hansısa bir fikrini bildirə bilər, müəyyən bir yolunu dagöstərər. Amma qəzetəçi terrorla mübarizə mütəxəssisi deyil ha.

Mən Qvardiolaya necə məşqçilik etməyi, Messiyə topu necə vurmağı, FərhadBədəlbəyliyə, Səyavuş Kərimiyə hansı əsəri necə bəstələməyi, Eldar Quliyevə filmi necə çəkməyi məsləhətverə biləcəyim kimi , türk qəzetəçiləridə Genel Kurmay başkanına, jandarma komutanına, iç işləri bakanına,cümhur başkanına elə məsləhət verə bilərlər.

Amma qardaş ölkənin Radio Televizyon Üst Qurumuna məsləhət verə bilərəm. Terrora zərbə vurmaq istəyirsizsəya televizyonlarınızı qapadın, ya da yuxarıda dediklərimə yasaq gətirin.


TƏQVİM / ARXİV