adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
16 Yanvar 2017 15:15
21862
ŞOU-BİZNES
A- A+

"Memati" öz heykəlini hazırladı - FOTO

Aktyor Gürkan Uyqun sosial şəbəkə hesabında öz büstünün fotosunu paylaşıb.

Adalet.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, evindəki kiçik bir emalatxanasında özü hazırladığıheykəlinin fotosunu izləyiciləri ilə bölüşən aktyor belə yazıb:

"Heykəltəraşlıq mənim ən böyük hobbimdir. Evdə dostlarım üçün də hazırlayıram. 7 il əvvəl kursuna getmişdim".

Onun bu paylaşımı pərəstişkarları tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, "Kurtlar vadisi"ndə canlandırdığı "Memati" obrazı ilə məşhurlaşan Gürkan hazırda "Bu şehir arkamdan gelecek" serialına çəkilir.