MƏNİ GÖRƏN OLSA…

ƏBÜLFƏT MƏDƏTOĞLU
68935 | 2017-01-16 13:57

Harda olduğumu mənədə desin

Yəqin ki, başlığıoxuyan kimi dodağınıza bir təbəssüm qonacaq. Fikrləşəcəksiniz ki, ya Əbülfətin başıxarab olub, ya da nostalji duyğulardan havalandığı üçün bizi öncə güldürür. İstəyirki, bu təbəssümlə yazının ardını oxuyaq və o ağrılı nöqtələrə, o kirpiklərinəmləndirən məqamlara hazır olaq. Necə deyərlər, dərdin üstünə gülə-gülə gedək. Təbii ki, siz fikirlərinizdə haqlısınız, bu dediklərinizdə həqiqət də var. Amma doğrudan-doğruya insanın bir havalananməqamı olur. Bu da sevincdən, yəni sevincindərəcəsi o qədər yüksək olur ki, ürək ona dözmür… Ya da dərdin dərəcəsi kəllə-çarxavurur və onda da həmin o havalanma hər nədisəçıxır ortaya…

Bəli, mən indi hardayam, nə işlə məşğulam və ümumiyyətlə, niyə bu durumdayamonu anlaya bilmirəm. Elə bilməyin ki, ona ağlım, savadım çatmır, ölçmək, biçməkanlayışını itirmişəm. Yox, sadəcə olduğum durum zəlzələ nöqtəsinin üzərində dayanmağabənzəyir. Bir az da sərt desəm, sanki ayaqlarımın altında mina basdırılıb. Tərpənsəmpartlayacaq. Ona görə də o son deyiləninbütün cizgiləri ağlımda, gözümün qarşısında canlanır və mən də onun təsir gücündənhavalanmışam. Digər tərəfdən mənim iç dünyama bir sevinc də, bir xoş əhval-ruhiyyədə axıb dolubdu. Məhz bu da həmin dayandığım nöqtənin təsirindəndi. Belə ki, yazılarımıoxuyan, yaşadıqlarımdan xəbərdar olan dost, tanış, uzaq, yaxın ellərin adamlarımənə telefon açır, vəziyyətlə, durumla maraqlanır. Kimi nəsihət verir, kimi köməyinitəklif edir. Hətta iki otaqlı mənzilinin bir otağının mənə qurban olduğunu da söyləyənlərvar. Elə bu da məni sevindirir. Deməli, bu həyatda heç də mənasız, boş-boşuna yaşamamışam.Deməli, bu həyatda kimlər üçünsə iynənin ucu boyda da olsa mövcudam, varam, yaşayıram.Və deməli, mənim ən böyük qazancım olan bu diqqət, bu münasibət mənə hələ bir azda yaşamaq haqqı verir. Və nəhayət, söylədiyim hər iki məqamın məni havalandırmasınınnədəni ortaya çıxır. Və siz görürsünüz ki, mənim havalanmağım səbəbsiz deyil vəhavalı adamlar da nə etdiklərinin, harada olduqlarının bəzən fərqinə varmırlar.İnanın ki, «Azərbaycan» nəşriyyatının 6-cı mərtəbəsinin Yasamal qəbiristanlığınabaxan pəncərəsi önündə dan yeri sökülməmiş azan yenicə səslənəndə ağlıma qəribəbir fikir gəldi. Və bir də baxıb gördüm ki, o fikir misralara çevirilib.


Sənə

şeir yazmaq

çətindən çətin

çünki sən

şeirlik deyilsən-

Vətən!

Bağışla,

keç günahımdan

sənə

şeir yaza bilməyən

Əbülfətin!..


Yəqin ki, bu misralar elə havalanmağımın bəhrəsidir və mən havalandığımbu məqamda güzgüyə baxmaqdan da qorxuram. Qorxuram ki, baxıb gördüyüm adam başqabiri olar. Və güzgüdən mənə baxan başqa birisiylə hətta göz-gözə də gələ bilərəm.Və…

Onda hər şey ya məhvolar, ya da… Ya da onda hər şey daha sürətlə öz yolunu davam etdirər. Bunun da səbəbigözlərin dərinliyindəki həqiqətdir. Mən bu həqiqətin etirafı üçün sinov gedirəm.Təəssüf ki, onu dilə gətirən yoxdur. Onagörə də mən özüm özümə bəzən nağıl uydururam… özüm-özümə təsəlli verirəm… özüm-özümə«möhkəm ol!» deyirəm. Bütün bunlar isə mənə misralar pıçıldayır. O misraları ki,heç sən də onları dinləmək istəməzsən. Amma mən yazıram:


Mən ürəyimi

və bütün istəyimi

qoydum ortaya…

sən

uzaqdan baxıb

gülümsədin

və heç nə də

demədin-

çünki

ürəyimi

və istəklərimi

qoyduğum ortalıqda

qalmışdı

öləziyən ocaqdan

bir ovuc

qor, taya!-

o da

ölüm ayağında…

***

Deməli, insan özü-özünətəsəlli uydurur. Bu, hər kəsdə mümkün olan haldı. Mən də belə edirəm. İynə ucu boydaişartını bəzən od sayıram, ocaq sayıram. Dodağın qaçmasını «hə» sözü kimi anlayıram,«hə» sözü kimi yozuram. Təbəssümü «hər şey yaxşı olacaq» kimi qəbul edirəm. Telefonzəngini ümid sayıram. Üstəlik, bir-birinə sığınan, bir-birini köynəkdən keçirənduyğuları həyatın özü bilirəm. Amma bütün bunlar mənim özümün özümə təsəllimdir.Elə bir təsəlli ki, o bəzən ilğım olur, bəzən sabun köpüyü, bəzən yuxu, bəzən xəyal.Bax, bu bəzənlər bir-birinə calanıbanı günə, günü aya çevirir. Və mən də həmin o təsəllilərin ətəyindən yapışıb anı,günü,ayı ömrə çevirirəm,xəyalla, yuxuyla, ilğımla yaşayıram. Kənardan baxanlar bu yaşamı öz arşınları iləölçürlər, öz baxış bucaqları altında qiymətləndirirlər. Mən isə şair deimşkən:«Mən nələr çəkirəm, özüm bilirəm». Çəkdikləriminisə nələr və necə olduğunu çəkən bilir, yəni ürəyim.Burdaca etiraf edim ki, bəlkə də mənim qədər ürəyinə qarşı haqsız olan, ürəyinədərd yükləyən, əzab verən, ürəyini hər məqamda şişləyən ikinci bir Allah bəndəsiyoxdur. Amma ürək hələ ki, dözür və mən də hələ ki, ona zülm etməkdənyorulmuram. Ona dərd yükləməkdən,ona ağrı çəkdirməkdən usanmıram.

Düzdür, hər şeyinbir sonu olur. Yəqinki, bunun da bir sonu olacaq. Amma o sona qədər yaşamağın özü də zor bir işdi. Çünki:


Başımıqatıram

dərdlə

vəbaşımı qatanda

çıxıram

həmşərtdən

həmdə sərhəddən…

sənbelə anlarında

durmasanda yanımda

günahı

məndəaxtarma

arama…

toxunsanda yarama

səbəbigör

dərddə

vəməhəbbətdə

axıonlardı məni

çatdıranbu həddə-

yənidəlilik yaradan

Əbülfətdə!...

***

İndiyeni ilin birinci ayının ikinci ongünlüyü addım-addım irəliləyir. Və bu addımlarımüşahidə edib gəldiyim qənaət budur ki, özündən əvvəlki tarix yerişini heçdəyişməyibdi. Elə həmin qayğılarla bu ikinci ongünlüyü də yarılamaq üzrədir. Demək dəyişən təkcə ayların,illərin adıymış. Və mən də həmin o qurduğum xəyalların, bəlkələrin ümidinə2016-dakı problemlərdən qurtulmağı düşünmüşdüm. Amma bu 15 gün göstərir ki, problemlərboy artımı verir. Sırası sıxlaşır və uzanır.Deməli, mənim üçün yaxşılığa doğru heç nə dəyşiməyib. Və mən çəkdiklərimin ağırlığıaltında yerə bir az da yaxınlaşıram. Çünki bu ağırlıq məni dizlərimə qədər torpağayeridir. Hələ qatlanmasa da, amma bu gedişlə dizlərin qatlanması qaçılmazdı. Onagörə də iç dünyamın qapı-pəncərəsini taybatay açıram. Necə deyərlər,qoy yel vurub yengələr oynasın…qoy hər nə varsa olduğu kimi, hamının gözü qarşısına çıxsın və özünü, sözünü qoysunortaya…

Hə,deyə bilərsiniz ki, problemləri anlar, günlər, aylar yaratmır, insan yaradır – həmözü-özünə, həm də qıraqdakılara. Bubir həqiqət. Bununla razılaşmamaq qeyri-mümkündür. Amma Allahı olan, Peyğəmbərini yaddaşında yaşadan normalinsan bir kimsəyə problem yaratmamalıdır. Bir az da açıqlasam, Allah hər kəsə verdiyiömür payında onun yaşamını da nəzərə alıb. Təəssüf ki, bəzən insan yolundan, cızığındançıxır. Hərislik və nəfs onu çaşdırır. Sonda bir insan başqa bir insana ya meydanoxuyur, ya yolunu kəsir, ya da biri o birisinin haqqına sahib çıxır. Vəbeləcə, Allahın yaratdığı bəndələr bir göyün altında, bir yerin üstündə cırmaqlaşa-cırmaqlaşa,el diliylə desək, itlə pişik kimi yola gedir. Nəticədə əsəblər korlanır, ürəklərqırılır, evlər dağılır və daha nələr, nələr baş verir. Özü də hər kəs sonunun nəolacağını bildiyi halda.

Mənbütün bu dediklərimi, yazdıqlarımı bir fikrə istinadən, bir fikri şərh etmək üçün dilə gətirirəm. O fikri də yazımabaşlıq çıxarmışam. Deməli, mənə problem yaradanlar,mənim haqqımı tapdayanlar, mənim yaşamağıma imkan verməyənlər düşünürlər ki, onlarölməzlərdi… onların sonu yoxdu. Amma unudurlar. Daha doğrusu, hissə qapılırlar.Unudurlar ki, sonu olmayan bir şey var, o da ölümdür, bitib-tükənmir bütün canlılarölür. Bir də yaranışdı, bütün canlılar təkrar doğulur. Amma başqa adda, başqa mühitdə, başqa missiyayla. Biz isə…

Hə,mən indi özümü axtarıram, heç harda tapa bilmirəm. Elə axtara-axtara da qalmışam. BilmirəmQarabağdayam, bilmirəm Bakıdayam və daha haralarda. Təkcə onu bilirəm ki, bu yazı yazılan məqamda sağ-salamatam. Amma oxunan məqamdasağ-salamat olacağımı deyə bilmərəm. Və bir də onu bilirəm ki, mənim yaşamım Allahdanvə səndən ümid alır, bəhrələnir!.. İnanıramki, Allah məni tək buraxmayacaq… İnanmaq istəyirəm ki, sən də məni tək qoymayacaqsan.Çünki:


Gündüz yanımdasançox qüvvətliyəm

Gecələr üstümə dərd,qoşun gəlir…

Xətrinə dəyməsintəklənməyimdən-

Deyəsən ay gülüm,çox xoşun gəlir!..


Sən də bu seçimietdin həyatda

Sevib uzaq tutdun,gözündən uzaq…

Bilmirəm nə gördünsınıq qanadda-

Min ağac canından,özündən uzaq!..


İndi həm qüvvətli,həm də ki, şikəst

Bir bəndə başınapərvanə olub…

Mənimsevgi dinim, sevgi Allahım-

Sənininancına bəhanə olub!...


***

Bəli,indi siz özünüz də bir fikirləşin. Rica edirəm,bu yazını, bundan öncəki yazılarımı da xatırlayın. Xəlbirinizdə ələyib, ələyinizdəyenidən qarşınıza gətirin. Və həmin o qarşınıza qoyduğunuz fikirlərimə baxa-baxa bir anın milyondabirhissəsiötənzaman içində məni düşünün. Siz onda məni görəcəksniz. Halımdan, durumumdan xəbərdarolacaqsınız. Və sonra gördüyünüz mənə qiymət də verə bilərsiniz, sözünüzü də deyəbilərsiniz, bu ixtiyar sizdədi. Sadəcə, ədalət hissini nəzərə alın. Bilin ki, çıxardığınızqərar şoumenlərin dediyi kimi, «tamam,ya davam» deməkdir. Hansını seçsəniz mən onunla razılaşacam. Birincisi, başqayolum yox, ikincisi də azlıq çoxluğa tabedir. Və nəhayət, siz bununla məni görmüşolduğunuzu etiraf edəcəksiniz və mən də harda olduğumu sizdən öyrənəcəm. Və biləcəm ki, özümü axtarmağa ehtiyac var,yoxsa yox?!.


TƏQVİM / ARXİV