adalet.az header logo
  • Bakı 20°C
16 Yanvar 2017 12:24
7362
DÜNYA
A- A+

Qırğızıstanda matəm elan olundu

Yanvarın 17-si Qırğızıstanda matəm günü elan olunub.

Bu barədə Qırğızıstan prezidenti Almazbek Atambayevin bu gün baş verən təyyarə qəzası ilə bağlı imzaladığı sərəncamda bildirilir.

Atambayev, həmçinin "Boeing-747” təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin ailələri və yaxınlarına başsağlığı verib.

Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyənin "ACT” Hava Yolları yükdaşıma şirkətinə məxsus təyyarənin Bişkekdə qəzaya uğraması nəticəsində ölənlərin sayı 37 nəfər çatıb.

Hazırda qəzanın səbəbləri araşdırılır.