adalet.az header logo
  • Bakı 7°C
16 Yanvar 2017 10:35
51314
ƏDƏBİYYAT
A- A+

BookZone kitab evində möhtəşəm ədəbi görüş - Foto

Bakıda yeni fəaliyyətə başlamış BookZone kitab evi yanvarın 15 də möhtəşəm ədəbi görüş keçirib.

Adalet.az xəbər verir ki, kitabxana üzvlərinin istəyilə görüşə xalq şairi Nəriman Həsənzadə, xalq artisti Mənsum İbrahimov,Bakı Dövlət Universitetinin dossenti folklorşünas alim Məhəmməd Məmmədli,tarzən Rəşad İbrahimov və gənc yazar-şair Vüsal Qasımov dəvət olunub.Görüşdə Nəriman Həsənzadə öz şeirlərini səsləndirmiş,ona verilmiş sualları cavablandırmış və tədbirdə gənc yazarların söylədiyi şeirlərə də münasibət bildirmişdir.

Bundan əlavə tədbirdə respublikamızın tanınmış həkimi foniatr Fəxriyyə Əsədova,İqtisad Universiteti kitabnasasının əməkdaşı Arzu Məmmədova və həmin universitetin tələbələri də iştirak etmiş və tələbələr Nəriman Həsənzadənin şeirlərini səsləndirmişdir.Kitabxanaya professor Mənsum İbrahimov haqqında yazılmış "Məcnunun Məcnunu” kitablarını hədiyyə etmişdir.